AzTehsil.com


Xəbərlər / Səhiyyə
14 aprel 2020
1 199


Koronavirusla mübarizədə MÜHÜM TAPINTI



Koronavirusla mübarizədə MÜHÜM TAPINTI

 

Koronavirusla mübarizədə daha bir tapıntı var.

ABŞ-da yaşayan türk professor Dərya Unutmaz bu barədə sosial media hesabında məlumat yayıb.
Cekson Laboratoriyası İnstitutunda baş araşdırmaçı olan professor koronavirusun quruluşunu leqo parçaları kimi müəyyən edən mexanizmini təhlil etdiklərini və bunu dayandıran potensial dərmanların tapıldığını açıqlayıb.

"Hazırda kliniki dərman sınaqlarında tarixin ən böyük səfərbərliyi var. Amma hələ ki, vaxta ehtiyacımız var. Hamımız üçün çətin prosesdir. Amma ümidinizi itirməyin, uğursuzluq əsla bir seçim ola bilməz! "New England Journal of Medicine"də yayımlanan "Remsdevir" dərmanından ümidliyəm".

Unutmazın sözlərinə görə, bu pandemiya 15-20 il əvvəl ortaya çıxsaydı, insanlığın heç bir şansı qalmayacaqdı: "Günümüzün texnologiyası əvvəlkilərə nisbətən daha böyük üstünlüklətə sahibdir. Təbii ki, növbəti pandemiyalara daha tədarüklü olacağıq".

Professorun bəhs etdiyi yenilik "Nature" dərgisində yayımlanıb.



Загрузка...