Xəbərlər
01 aprel 2020
1 620


Təhsil nazirinin müşaviri Elnur Məmmədov: “Mənbəyi bəlli olmayan məlumatları bir-birinizə ötürməyin”

 

Sosial şəbəkələr bir tərəfdən doğru xəbərlərin yayılma sürətinə necə müsbət təsir edirsə, yanlış və təxribat xarakterli məlumatların ötürülməsinə də bir o qədər geniş imkan yaradır. Təhsil ilə bağlı xəbərlər isə adətən kütləvi xarakter daşıyır və hər bir Azərbaycan ailəsinə təsir edir, çünki bir çox ailələrdə ən azı bir şagird, tələbə və ya müəllim var.

Bu sözləri Təhsil nazirinin müşaviri Elnur Məmmədov şəxsi facebook səhifəsində yazıb: Mart ayı ərzində təhsil müəssisələrində fasilə müddətinin uzadılmasına, tələbə və şagirdlərə aid bir sıra digər məsələlərə dair bir neçə dəfə yanlış məlumatlar, o cümlədən Nazirlər Kabinetinin və Təhsil Nazirliyin rəsmi saytından "skrinşotlar” və sair yayılmışdır. Hər dəfə bununla bağlı Təhsil Nazirliyi məlumatın yanlış olduğunu, bu hərəkətlərin hüquqi məsuliyyət yaratdığını və bütün vətəndaşların yalnız rəsmi məlumatlara istinad etməyini dönə-dönə vurğulamışdır. Bu gün yenidən bu saxta məlumatların kütləvi şəkildə yayılmasına başlanmışdır.

Bu hərəkətlərin arxasında duran insanlardan cəmi 2 xüsusiyyət tələb olunur:

1. İnternetə çıxışın olması.
2. Vicdanın olmaması.

Hamımıza məlum olan yaranmış vəziyyətdə vətəndaşlarımızın məsuliyyətli və həmrəy olması sağlamlığımız uğrunda apardığımız mübarizənin vacib şərtidir. Sağlamlıq həm fiziki, həm də psixi sağlamlıq deməkdir. Saxta məlumat psixi sağlamlığı pozur, çaşqınlıq yaradır, insanın vaxt və enerjisini lüzumsuz sərf edir.

Bu həmrəyliyin bir təzahürü olaraq HƏR BİRİNİZDƏN xahiş edirəm ki, MƏNBƏYİ BƏLLİ OLMAYAN MƏLUMATLARI (skrinşot, səs yazısı, elektron yazışma və sair) sosial şəbəkə üzərindən BİR-BİRİNİZƏ ÖTÜRMƏYİN. Məlumatın doğruluğuna özünüz əmin deyilsinizsə, onu sms-lərə, Feybsuka, Votsaplara, Teleqramlara, İnstaqramlara və daha hansı qramlara kütləvi şəkildə paylaşmayın. Bunu etməklə, siz təxribatı törədən şəxsin ALƏTİNƏ çevrilirsiniz və bu prosesdə özünüz bilmədən FƏAL iştirak edirsiniz.

Məlumatın doğru olub-olmamasını DƏRHAL yoxlamaq üçün dövlət orqanlarının (o cümlədən, Təhsil Nazirliyinin) rəsmi internet və sosial şəbəkədəki səhifələrinə istinad edin. Qəbul olunmuş qərarlar təxirəsalınmadan rəsmi internet resurslara yerləşdirilir.

Bu çətin dövrdə əməkdaşlığınıza və məsuliyyətli davranışınıza görə sizə öncədən təşəkkür edirəm!
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ

“Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumatla bağlı - Rəsmi açıqlama+Foto

Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumatla bağlı - Rəsmi açıqlama+Foto

Koronavirusa görə tətil mayın 1-dək uzadıldı? - RƏSMİ AÇIQLAMA

Koronavirusa görə tətil mayın 1-dək uzadıldı? - RƏSMİ AÇIQLAMA

Onu hamı Thomas Crow kimi tanıyır- Əslində isə...

Onu hamı Thomas Crow kimi tanıyır- Əslində isə...

Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

Dövlət İmtahan Mərkəzi abituriyentlərə rəsmi məlumatları izləməyi tövsiyə edib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə rəsmi məlumatları izləməyi tövsiyə edib

Məktəblərdə tətilin mayın 31-dək davam edəcəyi xəbərlərinə RƏSMİ CAVAB

Məktəblərdə tətilin mayın 31-dək davam edəcəyi xəbərlərinə RƏSMİ CAVAB

Məktəblilərin abort etdirməsinə - Rəsmi münasibət

Məktəblilərin abort etdirməsinə - Rəsmi münasibət

Dərslərin sentyabrın 15-dək təxirə salınması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Dərslərin sentyabrın 15-dək təxirə salınması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Şagirdlərin evdə qalması doğru deyil” - İctimai Şuranın sədri

“Şagirdlərin evdə qalması doğru deyil” - İctimai Şuranın sədri

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

"Məktəblərlə bağlı qərar pedaqoji kollektivə də aiddir" - Təhsil nazirinin müşaviri

"Məktəblərlə bağlı qərar pedaqoji kollektivə də aiddir" - Təhsil nazirinin müşaviri

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Məktəblərdə tətil 30 aprelə uzadıldı? – Rəsmi

Məktəblərdə tətil 30 aprelə uzadıldı? – Rəsmi

Nadir İsrafilov: “Təhsil hər hansı bir situasiyada düzgün hərəkət etmək bacarığıdır…”

Nadir İsrafilov: “Təhsil hər hansı bir situasiyada düzgün hərəkət etmək bacarığıdır…”

Təhsil Nazirliyinin rəsmi internet resursu ilk üçlükdə

Təhsil Nazirliyinin rəsmi internet resursu ilk üçlükdə

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

“Facebook”da nə dəyişir? - ZUKERBERQ AÇIQLADI

“Facebook”da nə dəyişir? - ZUKERBERQ AÇIQLADI