AzTehsil.com

Xəbərlər
07 dekabr 2019
1 916

İki yerdə işləyənlərin vergi və sosial ödənişləri necə hesablanır?

Vergi Məcəlləsinin əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərdən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən   bildirilib  ki, mühasibat və vergi üzrə ekspert Ramin Ramazanovun sözlərinə görə, hansı meyara aid olmasından asılı olmayaraq, əsas və əlavə iş yeri üzrə gəlir vergisi hər bir iş yeri üzrə ayrıca nəzərə alınmalıdır. Belə ki, dövlət və ya neft sektoru üzrə fəaliyyət göstərən müəssisədə çalışan işçilərin əməkhaqqı 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə, artıq olan məbləğin 25 faizi gəlir vergisi kimi tutulur. Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi vergidən azad edilir.

Ekspert nəzərə çatdırıb ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərində işləyən fiziki şəxslərin gəlirlərinin 8000 manatadək olan hissəsi gəlir vergisindən azaddır, 8000 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcəsi ilə vergi tutulmalıdır. Əlavə iş yeri dövlət və ya neft sektorunda fəaliyyət göstərən müəssisədirsə, vergi öhdəlikləri başqa cür hesablanır: "Dövlət və ya neft sektoruna aid müəssisədə əsas və əlavə iş yeri üzrə çalışmağından asılı olmayaraq sosial ayırmalar əməkhaqqından 3 faiz tutulmaqla hesablanır. İşsizlik sığortası üzrə tutulma isə 0,5 faizdir. Vergiödəyicisi olan fiziki şəxs kimi mülki hüquqi (xidmət) müqavilə ilə çalışdıqda sadələşdirilmiş vergiödəyicisi olduğu halda təqdim edilən xidmətlərə görə əldə edilən gəlirin 2 faizi, mikrosahibkar kimi mənfəət vergiödəyicisi olduğu halda, gəlirdən xərclər çıxıldıqdan sonra mənfəətin 5 faizi həcmində mənfəət vergisi ödənilir”.

R.Ramazanov deyib ki, vergiödəyicisi olmayan fiziki şəxs kimi mülki hüquqi xarakterli müqavilələrlə çalışdıqda fiziki şəxslərin aylıq gəlirlərindən ödəmə mənbəyində 14 faiz (2500 manatadək olduqda) vergi hesablanaraq tutulur.

"Sosial Sığorta haqqında” qanunun tələbinə görə, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə gəlirlərinin 25 faizi miqdarında tutulmalar edilməlidir. "İki yerdə çalışanların hüquqlarına gəldikdə isə əsas iş yeri üzrə bağlanılan əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir”.

Vurğulanıb ki, əvəzçilik üzrə iş vaxtının müddəti iş vaxtı üçün müəyyən edilən normanın yarısından çox ola bilməz. Belə ki, əvəzçilik üzrə işləyən işçi normanın yarısından çox olmayan müddət ərzində, eyni zamanda iş vaxtı üst-üstə düşməyən digər yerlərdə işləyə bilər. "Bir sıra hallarda məsələn, işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə işləməsinə yol verilmir. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunan iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır”.

Ekspert əlavə edib ki, əvəzçilik üzrə iş vaxtının müddəti normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Əvəzçilik üzrə işləyənlər əsas iş yerində verilən məzuniyyətlə bir vaxtda, qulluq etdikləri əlavə iş yerində də ödənişli məzuniyyət almaq hüququna malikdirlər.
  nuhcixan.az 

Загрузка...
Həmçinin oxuyun:
Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Əvəzetmə ilə işləyən müəllimlərin maaşı belə hesablanır – Nümunəli izahı

Əvəzetmə ilə işləyən müəllimlərin maaşı belə hesablanır – Nümunəli izahı

Köçkün müəllimlərə hansı güzəştlər var?

Köçkün müəllimlərə hansı güzəştlər var?

Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR

Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək Qanunvericiliyinə aid 10 TEST

Əmək Qanunvericiliyinə aid 10 TEST

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Əmək münasibətlərinə aid 10 SUAL - 10  CAVAB

Əmək münasibətlərinə aid 10 SUAL - 10 CAVAB

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

IDARƏETMƏYƏ AİD  5  TEST

IDARƏETMƏYƏ AİD 5 TEST

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı

TEST 1 Direktor olmaq istəyənlər üçün   İş vaxtı və istirahət vaxtı

TEST 1 Direktor olmaq istəyənlər üçün İş vaxtı və istirahət vaxtı

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Əmək müqaviləsinə xitam verilməsi qaydası

Əmək müqaviləsinə xitam verilməsi qaydası

Repititorluqla məşğul olmaq üçün vergi ödəyəcəksiniz...repititorlara bəd xəbər

Repititorluqla məşğul olmaq üçün vergi ödəyəcəksiniz...repititorlara bəd xəbər

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.