AzTehsil.com


Abituriyent
26 may 2021
2 526


DİM-in keçirdiyi imtahanlarında kimlər ödənişsiz iştirak edə bilər? - RƏSMİ



DİM-in keçirdiyi imtahanlarında kimlər ödənişsiz iştirak edə bilər? - RƏSMİ

 

"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciət etmiş şəxslərlə yanaşı, aşağıdakı beş kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında iştirakı da dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir”. 

Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib. 

O bildirib ki, aşağıdakı qrup şəxslər imtahanlarda ödənişsiz iştirak edəcək: 

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri; 
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş usşaqlar; 
- məcburi köçkün statusu olan şəxslər; 
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. 

"Yuxarıda qeyd olunan beş kateqoriyaya aid abituriyentlər bu imtiyazdan istifadə etmək üçün "Abituriyentin elektron ərizəsi” formasını doldurmamışdan əvvəl DİM tərəfindən yaradılmış "Müvafiq sərəncamla müsabiqədə iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlərin qeydiyyatı sistemi” vasitəsilə qeydiyyatdan keçməlidirlər. 

Bu abituriyentlər verilmiş keçiddə "Şəxsi kabinet”in istifadəçi adı və parolunu daxil edib "Qeydiyyata al” düyməsini basmalıdırlar. "Qeydiyyata al” düyməsini basdıqdan sonra sistem avtomatik olaraq müvafiq dövlət orqanının məlumat bazasından vətəndaşın statusu haqqında məlumatı tapır və ekranda bu barədə bildiriş göstərilir.

Abituriyent yalnız bundan sonra ödənişsiz imtahan vermək imkanına malik olur və "Abituriyentin elektron ərizəsi” formasının doldurulması və təsdiqi zamanı vəsait tələb olunmur. Əgər müvafiq dövlət orqanının elektron bazasında vətəndaş haqqında lazımi informasiya yoxdursa, sistem məlumatın tapılmaması haqqında bildiriş verir. Bu halda abituriyentlər müvafiq dövlət orqanına müraciət etməlidirlər”.



Загрузка...
Həmçinin oxuyun:
Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

Azərbaycan bayrağına hörmətsizlik edən tələbə BDU-dan qovuldu - RƏSMİ

Azərbaycan bayrağına hörmətsizlik edən tələbə BDU-dan qovuldu - RƏSMİ

7 minə yaxın abituriyent kolleclərə qəbul ərizəsini təsdiqlədi

7 minə yaxın abituriyent kolleclərə qəbul ərizəsini təsdiqlədi

16 mindən çox abituriyent ərizəsini təsdiqlədib

16 mindən çox abituriyent ərizəsini təsdiqlədib

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

Tələbələr tələb edir: təhsil haqqı və imtahanlar ləğv olunsun

Tələbələr tələb edir: təhsil haqqı və imtahanlar ləğv olunsun

Şəhid ailələrinin üzvləri ali məktəblərə qəbul imtahanında iştirak üçün vəsait ödəməyəcək

Şəhid ailələrinin üzvləri ali məktəblərə qəbul imtahanında iştirak üçün vəsait ödəməyəcək

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu bu qaydalar əsasında aparılacaq

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu bu qaydalar əsasında aparılacaq

Ərizə qəbulunun vaxtı bitmək üzrədir - Abituriyentlərin nəzərinə!

Ərizə qəbulunun vaxtı bitmək üzrədir - Abituriyentlərin nəzərinə!

Ərizələrin qəbulu bu gün başa çatır

Ərizələrin qəbulu bu gün başa çatır

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı

Ali təhsil müəssisələrinə tələbə qəbulu bu qaydalar əsasında aparılacaq – Hansı yeniliklər var?

Ali təhsil müəssisələrinə tələbə qəbulu bu qaydalar əsasında aparılacaq – Hansı yeniliklər var?

Nadir İsrafilov: İşğaldan azad olunan və cəbhəyanı bölgələrdə təhsilin bərpası və yenidən dirçəldilməsi barədə düşünməliyik.

Nadir İsrafilov: İşğaldan azad olunan və cəbhəyanı bölgələrdə təhsilin bərpası və yenidən dirçəldilməsi barədə düşünməliyik.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qeydiyyat bu gün başa çatır!

Qeydiyyat bu gün başa çatır!

Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə

9-cu sinif Azərbaycan bölməsi şagirdlərinin NƏZƏRİNƏ!...

9-cu sinif Azərbaycan bölməsi şagirdlərinin NƏZƏRİNƏ!...

Kimlərə yenidən imtahan vermək üçün imkan yaradılacaq? - RƏSMİ

Kimlərə yenidən imtahan vermək üçün imkan yaradılacaq? - RƏSMİ

Yay imtahanlarına qatılmaq istəyən abituriyentlərə xəbər var

Yay imtahanlarına qatılmaq istəyən abituriyentlərə xəbər var