AzTehsil.com


Xəbərlər
20 sentyabr 2019
2 506


Məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər? - “Hələ sual altındadır, lakin...”



 

 
Deputat Fazil Mustafanın ictimai nəqliyyatda məktəblilərin gedişhaqqı tələb olunması ilə bağlı hadisəyə reaksiyası məsələni xeyli gündəmə gətirib.

Deputat qeyd edib ki, Nazirlər Kabineti müvafiq qərarı mütləq dəyişməlidir. Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda pul alınmamalıdır:

"Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır. Bakı Nəqliyyat Agentliyi və Metropoliten həftə içi günlərdə məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmır, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, o, oxumamalıdır?”

"Özəl sektorun təşəbbüsə nə dərəcədə qoşulacağı isə sual altındadır”

AzEdu.az məsələyə Elm və Təhsil Komitəsinin münasibətini öyrənmək məqsədilə deputat Sona Əliyeva ilə əlaqə saxlayıb.

Komitə üzvü bu təşəbbüsü dəstəkləsə də, onu reallıqdan kənar adlandırıb:
 

 

 
"Reallıqlardan irəli gələrək demək lazımdır ki, bu gün nəqliyyat vasitələrinin əksəriyyəti müstəqil MMC-lərin əlindədir, yəni, özəl sektora tabedirlər. Özəl sektorun bu təşəbbüsə nə dərəcədə qoşulacağı isə sual altındadır”.

"Özəl sektor belə bir təşəbbüs göstərsə, Elm və Təhsil Komitəsi olaraq bunu dəstəkləyərik”

Deputat qeyd edib ki,  məsələ ilə bağlı Təhsil Komitəsində hər hansı müzakirə aparılmayıb:

"Amma əlbəttə, ölkəmizdə bələdiyyənin nəqliyyat sahəsində xidməti olsaydı, bu təklifi dəyərləndirmək olardı. İstənilən halda çox yaxşı çağırışdır. İnanıram ki, özəl sektor da bu çağırışa cavab verər. Ən azından, qiymətlər 50 % azaldılsa, yaxşı olardı.

Özəl sektor belə bir təşəbbüs göstərsə, Elm və Təhsil Komitəsi olaraq bunu dəstəkləyərik. Cəmiyyətə fayda verəcək ən kiçik məsələ belə komitə tərəfindən müsbət qarşılanır. Azərbaycanda həmişə təhsil yüksək qiymət verilib. Belə  bir çağırışa qoşulan olsa, məmnuniyyətlə onu alqışlayar, arxasında durarıq.  Kaş ki, belə bir təşəbbüs gəlsin”.

"Ödənişin nağd həyata keçirildiyi təqdirdə bu prosesi tətbiq etmək çətindir”

Nəqliyyat məsələləri üzrə mütəxəssis Ərşad Hüseynov isə mövzu barədə danışmağa dünya ölkələrində belə bir təcrübənin olduğunu xatırlatmaqla başlayıb. Bildirib ki, ölkəmizdə bunu tətbiq etmək üçün öncə qnaunvericiliyə dəyişiklik etmək lazımdır:
 

Məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər? - “Hələ sual altındadır, lakin...”

 

 
"Nazirlər Kabinetinin  qərarında göstərilir ki, 5 yaşınadək olan uşaqlar nəqliyyatdan ödənişsiz istifadə edə bilərlər. Bu, tələbələrə də şamil edilə bilər. Amma ölkəmizdə əksər nəqliyyat vasitələri özəl sahibkarların əlindədir.  Təklifin reallaşması üçün onlar kompensasiya ilə təmin olunmalıdırlar. Bunun üçün müxtəlif variantlar var.

Onlardan biri məktəblilərə xüsusi kartların verilməsi ilə bağlıdır. Kart vasitəsilə sərnişinlər nəqliyyatdan ödənişsiz istifadə edirlər. Sadəcə say qeydə alınır. Dövlət və ya hər hansı fond saya uyğun ödənişi nəqliyyat sektoruna kompensasiya edir. Bəzən isə bu kartlara hər hansı fond və ya dövlət birbaşa pul yükləyir.

Sadəcə ödənişin nağd həyata keçirildiyi təqdirdə bu prosesi tətbiq etmək çətindir. Sürücülərlə mübahisə yarana bilər. Çünki rayonların əksəriyyətində kart sistemi tətbiq edilmir. Amma belə yerlərdə də təhsilalanlara xüsusi vəsiqə verilə bilər. Bu vəsiqə nəqliyyatdan ödənişsiz istifadəyə xidmət edər”.

Qeyd edək ki, deputat Fazil Mustafa bu barədə fikrini avtobusda baş verən mübahisədən təsirlənərək deyib. Bakı BUS sürücüsünün ana və 3 övladından gediş haqqı tələb etməsi, əks halda avtobusu sürməyəcəyini deməsi əks səda doğurub.




Загрузка...
Həmçinin oxuyun:
Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...

Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...

“Tələbələrə ictimai nəqliyyatda güzəştlər edilsə...” - Hadi Rəcəbli

“Tələbələrə ictimai nəqliyyatda güzəştlər edilsə...” - Hadi Rəcəbli

“Özəl məktəbdə oxuyan hər şagirdin müəllim və valideyninin hesabına 1000 manat köçürülməlidir, çünki...” – Təklif

“Özəl məktəbdə oxuyan hər şagirdin müəllim və valideyninin hesabına 1000 manat köçürülməlidir, çünki...” – Təklif

Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir

Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir

Daha kimlərin təhsili pulsuz olsun?

Daha kimlərin təhsili pulsuz olsun?

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbdən imtina edib

Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbdən imtina edib

Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”

Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

"Təhsilin məqsədi bilik olmadığına görə dərslərə bilikdən 15 gün adlayaraq başlayırıq"

"Təhsilin məqsədi bilik olmadığına görə dərslərə bilikdən 15 gün adlayaraq başlayırıq"

Bələdiyyələrin də məktəbi olacaq

Bələdiyyələrin də məktəbi olacaq

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Xanım deputat məktəblərdəki rus sektorlarına qarşı çıxdı

Xanım deputat məktəblərdəki rus sektorlarına qarşı çıxdı

Belə bir qanun indiyə kimi olmayıb

Belə bir qanun indiyə kimi olmayıb

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Deputatlar abituriyentlərə görə valideynlərə çağırış etdi

Deputatlar abituriyentlərə görə valideynlərə çağırış etdi

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında?

AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında?

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

“Elektron hökumət” portalında daha 3 yeni xidmət

“Elektron hökumət” portalında daha 3 yeni xidmət

BNA Təhsil Nazirliyi ilə birgə araşdırma aparıb -Bu məktəblərin ətrafında...

BNA Təhsil Nazirliyi ilə birgə araşdırma aparıb -Bu məktəblərin ətrafında...

Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

Nadir İsrafilov: “Deputatlar nəyə aydınlıq gətirdilər…?”

Nadir İsrafilov: “Deputatlar nəyə aydınlıq gətirdilər…?”