AzTehsil.com


Xəbərlər / Direktor
23 avqust 2019
2 927


Direktor olmaq istəyənlər



Direktor olmaq istəyənlər

 

 
İlk mərhələdə Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə namizədlər müsahibəyə dəvət olunub

Təhsildə keyfiyyət müəllimdən başlasa da, məktəblərin idarə edilməsi də eyni dərəcədə əhəmiyyətlidir. Ona görə də ümumtəhsil müəssisələrini idarə edən şəxslərin düzgün seçilməsi Təhsil Nazirliyinin önəm verdiyi məsələlərdəndir. Məhz bunun nəticəsidir ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin hər mərhələsinə xüsusi diqqət yetirilir. 

4 mərhələdə həyata keçirilən bu müsabiqədə namizədlər elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə mərhələlərindən keçir. 

1643 nəfər imtahan verdi, müsahibəyə 120 nəfər çağırıldı

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə bu ilin  iyulunda start verilib. Həmin ayın 13-19 tarixlərində elektron sənəd qəbuluna başlanılıb. Bu prosesdə iştirak edən 3403 namizəddən 2273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test mərhələsində 2000-dən çox namizədin iştirakı nəzərdə tutulsa da, imtahana 1643 namizəd qatılıb. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

İmtahanda namizədlər arasında ən yüksək nəticəni Qubadlı rayon S.Rəhimov adına Mahruzlu kənd tam orta məktəbinin tarix müəllimi Günel Həmidova qazanıb. Onun imtahan nəticəsi 52 bal qiymətləndirilib.

Direktorluq üçün rəqabətə girənlər

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilib və müvafiq keçid balını toplayan 120 namizəd müsahibə mərhələsinə keçmək hüququ qazanıb.

Artıq 3 gündür davam edən müsahibə mərhələsində direktorların işə qəbulu müsabiqəsinin Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə namizədləri iştirak edir. Dünən müsahibələrə Gədəbəydən olan namizədlər qatılmışdı. Bu rayondan vakansiya elan edilən 17 yer uğrunda 20 nəfər mübarizə aparır.

Direktorluğu üçün rəqabət mühiti formalaşan məktəblərdən biri Firdovsi Əliyev adına Çobankənd tam orta məktəbi, həmin məktəbə direktor olmağı qarşısına məqsəd qoyanlardan biri isə Bəhruz  Abbasovdur. Bəhruz müəllim sözügedən təhsil müəssisəsində riyaziyyat fənni üzrə dərs deyir. 10 ildir müəllim işləyən B.Abbasov indi də direktor olmaq istəyir. Test mərhələsində 31 bal toplayıb. O qədər də iddialı görünməyən namizədin güclü rəqibləri var. Rəqibləri də onun kimi Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın da daxil olduğu müsahibə komissiyasının qarşısına çıxmaq üçün gözləyənlər sırasındadır.

Rəqiblərindən biri elə hazırda direktor vəzifəsini icra edən şəxsdir. İlqar Abdullayev  həmin məktəbə may ayından rəhbərlik edir. 26 il müəllimlik fəaliyyəti ilə məşğul olan İ.Abdullayev  Gədəbəy rayonu Firdovsi Əliyev adına Çobankənd tam orta məktəbinə ictimaiyyət arasında nüfuzu olduğu üçün təyin olunduğunu deyir: "Müəllim kimi yüksək nəticələrim olub. Rayonda və təhsil sistemində çox böyük nüfuzum var. Rayon təhsil şöbəsinin metodisti olaraq məni çox ciddi problemləri olan təhsil müəssisəsi kimi tanınan Çobankənd tam orta məktəbinə həmin müəssisənin normal fəaliyyətini bərpa etmək üçün göndəriblər. Məktəbdə baş verən ciddi problemləri həll etmək üçün yerli rəhbərliyin xahişi və təkidi ilə məktəbin direktoru vəzifəsini icra etməyi öz üzərimə götürmüşəm. Əsas hədəfim 3 il ərzində məktəbi birinci olmasa da, nəticələri ilə öyünən təhsil müəssisələri sırasına qatmaqdır. Bunun üçün özümdə güc hiss edirəm”.

Namizəd direktoru olduğu məktəbdə kollektiv arasında qarşılıqlı normal münasibət quracağını deyib: " Valideyn-məktəb əlaqəsini yüksək səviyyəyə qaldırmağı düşünürəm. Məktəbdə vəziyyəti valideynlərlə birləşib düzəltməyin daha doğru olduğunu hesab edirəm. Məktəbimizin yeni dərsliklərlə təmin olunması yaxşılaşmalıdır. Pedaqoji kollektivin peşə  nüfuzunu  qaldırmaq, bunun üçün də ilk növbədə məktəbə peşəkar müəllimlər cəlb etməyi nəzərdə tutmuşam. Məncə, müəllimin qabiliyyəti, intellektual səviyyəsi, ictimai nüfuzu çox önəmlidir. Bunları qazana bilməyən müəllimlər mənim nəzərimdə təhsildə təsadüfi insanlardır və onları daha yüksək səviyyəli kadrlar əvəz etməlidir”.

Çobankənd tam orta məktəbinə direktor olmağa iddialı daha bir namizəd isə həmin məktəbin məzunudur. Kəmalə Qasımova Gədəbəy rayonu Moruqlu kənd orta məktəbində 13 ildir müəllim işləyir. Direktor olmağa gücü, potensialı olduğuna inanır. Bu yolla növbəti illərdə təhsilə onun da qatqısı ola biləcəyini düşünür: "Direktor olmaq üçün vakansiya mərhələsində 2 məktəb seçmişəm. Həmin məktəblərə direktor olmaq üçün özümün potensialım var. Gücümdən istifadə edə bilmək üçün isə bu gün komissiyanı inandırmalıyam. Hesab edirəm ki, hər müəllim bir gün vəzifə pilləsində yüksəlmək istəyər. Bunun üçün dövlət də şəffaf mühit formalaşdırıb ki, bacaran və layiq olan hər kəs planlarını, layihələrini gerçəkləşdirsin. Mən müəllim olaraq diaqnostik qiymətləndirmə imtahanlarında, direktorluğa isə işə qəbul imtahanlarında iştirak etmişəm. Nə qədər ədalətli sistem qurulduğunun şahidiyəm. Elə bir sistem ki, insana özünü ifadə etmək imkanı verilib. Bu imkandan istifadə etməyən, edə bilməyən, məncə, müəllim adına layiq olmayanlardır”.

Könül Abbasova Niyaz İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənni üzrə 18 ildir müəllim işləyir. Vakansiya mərhələsində seçdiyi 3 məktəb arasında məzunu olduğu Çobankənd tam orta məktəbi də var: "Təhsilə yeni töhfələr vermək istəyirəm. Xüsusən, erkən nikahın qarşısının alınmasında rəhbəri olacağım məktəbin öz rolu olacaq. Ən yaxşı halda, azyaşlı qızların nikahına direktoru olduğum məktəbdə yol verilməyəcək. Qızların hamısını məktəbə cəlb edəcəyəm. Bilikli, dünyagörüşlü,  vətənpərvər qızlar yetişdirəcəyəm. Ümumiyyətlə, direktor olub-olmamağımdan, harada işləməyimdən asılı olmayaraq, bu problemlə mübarizə mənim bu həyatda əsas amalımdır. Hesab edirəm ki, bu, hər  kəs üçün belə olmalıdır”. 

Çıxanların üzü gülür

Əla cavab verdiyini deyərək çıxan Cəmilə Həbibova Gədəbəy şəhər 2 nömrəli  tam orta məktəbində tarix müəllimidir. 33 illik pedaqoji stajı olan Cəmilə müəllim özünü direktor olmağa hazır hesab edir: "Liderlik xüsusiyyətim olduğunu düşünürəm. Məktəbi idarə edə biləcəyimə inanıram. Təhsilin inkişafına köməyim dəyəcəyini fikirləşirəm. Çalışacağam ki, məktəbdə repetitorluğun qarşısını alım. Bunu eləmək üçün isə yaxşı dərs deyən müəllimlərin məktəbə, dərsə marağını artıracağam. Məncə, yaxşı müəllim məktəbdə qiymətləndirilsə, enerjisini məktəbə yönəldəcək”.

Rövşən Məmmədov isə Gədəbəy rayonu Slavyanka kənd tam orta məktəbinin tarix müəllimidir. Test mərhələsində 43 bal toplayan R.Məmmədov müsahibədən də uğurla keçib: "Müsahibə mənə çox xoş təsir bağışladı. Müsahibə komissiyasının səmimi münasibətini hiss etdim. Verilən suallara bacardığım qədər geniş cavab verməyə çalışdım. Təhsildə olan vəziyyətdən danışdım. Direktor olandan sonrası üçün nə  planlaşdırdığımı, hansı strateji məqsədlərim olduğunu soruşdular. Onlara da dedim ki, ilk növbədə nizam-intizamı möhkəmləndirməyə çalışacağam”.   

Müsahibələr davam edir

Müsahibələr avqustun 23-dək davam edəcək. Müsahibə Komissiyasının üzvü Eşqi Bağırovun sözlərinə görə, ən çox vakansiya Ağdam, Ağdaş, Gədəbəy, Lerik, Lənkəran, Goranboy rayonlarından olduğu üçün müsahibələrə məhz bu rayonlardan olan namizədlərlə start verilib. Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək. (Muellim.edu.az)



Загрузка...
Həmçinin oxuyun:
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Direktorların işə qəbulu üzrə imtahanlar yekunlaşıb

Direktorların işə qəbulu üzrə imtahanlar yekunlaşıb

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Ən  çox və  ən az vakant yer  verilən rayonlar –Drektor olmaq istəyən namizədlərin diqqətinə

Ən çox və ən az vakant yer verilən rayonlar –Drektor olmaq istəyən namizədlərin diqqətinə

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Bakıda direktor müavini olmaq istəyənlər üçün vakansiya mərhələsi başladı

Bakıda direktor müavini olmaq istəyənlər üçün vakansiya mərhələsi başladı

Direktor namizədlərin nəzərinə: Müddətli əmək müqaviləsi hansı hallarda uzadılır?

Direktor namizədlərin nəzərinə: Müddətli əmək müqaviləsi hansı hallarda uzadılır?

Direktor vəzifəsinə işə qəbulu üzrə müsabiqəyə start verilir.500-ə yaxın vakant yer.

Direktor vəzifəsinə işə qəbulu üzrə müsabiqəyə start verilir.500-ə yaxın vakant yer.

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

İmtahandan keçib təyinat almayan direktorların aqibəti necə olacaq? - RƏSMİ CAVAB

İmtahandan keçib təyinat almayan direktorların aqibəti necə olacaq? - RƏSMİ CAVAB

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulu üzrə müsabiqəyə start verilir

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulu üzrə müsabiqəyə start verilir

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

MİQ-də aşağı bal toplayan müəllim namizədlərə zəruri tövsiyə -“Vakansiya zamanı bunu etməyin”

MİQ-də aşağı bal toplayan müəllim namizədlərə zəruri tövsiyə -“Vakansiya zamanı bunu etməyin”

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Direktorların işə qəbulunda asanlaşdırıcı yeniliklər – Namizədlərin bilməli olduğu qaydalar

Direktorların işə qəbulunda asanlaşdırıcı yeniliklər – Namizədlərin bilməli olduğu qaydalar

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Bu il qəbulda əcnəbilər də  iştrak edəcəklər.

Bu il qəbulda əcnəbilər də iştrak edəcəklər.

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Direktor ola bilməyənlər hansı hallarda ehtiyat  kadr siyahısına salınırlar? – Axtarılan  qaydalar

Direktor ola bilməyənlər hansı hallarda ehtiyat kadr siyahısına salınırlar? – Axtarılan qaydalar