AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim
15 noyabr 2018
2 755

Direktorların işə qəbulunda asanlaşdırıcı yeniliklər – Namizədlərin bilməli olduğu qaydalar

Direktorların işə qəbulu üçün sənəd qəbulu artıq yekunlaşıb.

Namizədlərdən rəy tələb edilməyəcək.

Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri  Eşqi Bağırov bir müddət əvvəl məlumat verib.

Onun sözlərinə görə, müsabiqənin test imtahanı mərhələsində dəyişiklik yoxdur. Namizədlərə 60 sual təqdim olunacaq. Test sualları əmək, təhsil qanunvericiliyi, idarəetmə və məntiqdən salınacaq. Ancaq yenilik test mərhələsinə buraxılma şərtindədir:

"Əvvəlki illərdə test imtahanına müvafiq yerli təhsil şöbələrindən öz fəaliyyəti ilə bağlı müsbət rəy alan namizədlər buraxılırdı. Bu da bir çox hallarda narazılıqlara səbəb olurdu. Namizədlər həmin rəyləri mübahisələndirirdilər. Yerli təhsili idarəetmə orqanlarına, nazirliyə müraciət edirdilər. Bu cür xoşagəlməz halların qarşısının alınması məqsədi ilə bu ildən ali təhsilli, 5 illik pedaqoji təcrübəsi ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olan istənilən şəxsin müsabiqədə iştirakına məhdudiyyət qoyulmayacaq. Yerli təhsili idarəetmə orqanlarının nümayəndələri müsahibə komissiyasında təmsil olunacaqlar və öz rəylərini məhz həmin mərhələdə verə biləcəklər”.

Keçid balı 40 faiz müəyyənləşdirilib

Test imtahanı mərhələsində rayonlar üzrə keçid balı 40 faiz müəyyənləşdirilib. E.Bağırov deyib ki, 40 faiz nəticə göstərənlər növbəti mərhələyə buraxılacaqlar:

"Bakı şəhərində yerləşən orta təhsil müəssisələrinin direktoru vəzifəsi üzrə müsabiqəni davam etdirə bilmək üçün lazım olan keçid balı isə cari vəziyyətdə vakant yerlərin sayma və müsabiqə iştirakçılarının nəticələrinə əsasən müəyyənləşəcək: Minimum 40 faizlik hədd Bakı məktəblərinə direktor vəzifəsi üçün də keçərlidir. Namizədlərin sayı çox, nəticələri yüksək ola bilər. Odur ki, Bakı üçün keçid balı müsabiqə şəraitində formalaşacaq və Nazirlik tərəfindən tənzimlənəcək”.

Yekun - müsahibə mərhələsində namizədlərin bilik və bacarıqları 5 ballıq şkala ilə qiymətləndiriləcək:

"Namizəd müsahibəyə dəvət olunanda təhsil sənədi, ixtisas uyğunluğu, pedaqoji fəaliyyəti, təcrübəsi yoxlanılacaq və sonra müsahibəyə buraxılacaq. Müsahibə mərhələsində idarəetmə bacarığı, ümumi dünyagörüşü, peşəkar kompetensiyaları və digər zəruri meyarlar qiymətləndiriləcək və yerləşdirməni komissiya aparacaq.

Yəni, bu il tətbiq edilən yeniliyə əsasən, namizədin hansı vakant yerə yerləşdirilməsi müsabiqə komissiyası tərəfindən tənzimlənəcək:

"Namizədin vakansiyaları qeyd edərkən izlədiyi ardıcıllıq nəzərə alınmayacaq. Nümayiş etdirdiyi peşəkarlıq səviyyəsi, bilik və bacarığına əsasən onun hansı məktəbdə işləyə biləcəyinə komissiya qərar verəcək. Çünki məktəblər şəraiti, mühiti, şagird sayı, kollektivi baxımından müxtəlif olduğundan namizədin hansı məktəbdə işləyə biləcəyinə komissiyanın qərar verməsi daha ədalətli hesab edilib”. azedu.az
 
Загрузка...
Həmçinin oxuyun:
Namizədlərdən rəy tələb edilməyəcək,üstünlük yerli sakinlərə verilir

Namizədlərdən rəy tələb edilməyəcək,üstünlük yerli sakinlərə verilir

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

3940 müəllimə rədd cavabı verildi

3940 müəllimə rədd cavabı verildi

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Bu il qəbulda əcnəbilər də  iştrak edəcəklər.

Bu il qəbulda əcnəbilər də iştrak edəcəklər.

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu  müsabiqəsi başa çatdı:

Müəllimlərin işə qəbulu müsabiqəsi başa çatdı:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

Direktor müavini, psixoloq və kitabxanaçı olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI

Direktor müavini, psixoloq və kitabxanaçı olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Müəllimlərin işə qəbulu başladı

Müəllimlərin işə qəbulu başladı

Namizədlər  bu vaxta qədər elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar