AzTehsil.com


Xəbərlər / Müəllim
15 iyul 2019
3 027


Müəllim olmaq istəyənlər prezidentə müraciət etməyə hazırlaşır



Müəllim olmaq istəyənlər prezidentə müraciət etməyə hazırlaşır

 

 
Məlum olduğu kimi, iyulun 8-dən etibarən "Müəllimlərin İşə Qəbul” (MİQ) imtahanlarına start verilib. İmtahandan bir neçə gün keçməsinə baxmayaraq, müəllim olmaq istəyənlərin narazılıq dalğası bütün sosial şəbəkələri bürüyüb.  İş o yerə çatıb ki, MİQ iştirakçıları dövlət başçısı İlham Əliyevə müraciət etmək qərarına gəliblər.

2011-ci ildən bəri keçirilən MİQ imtahanlarının ildən-ilə daha da çətinləşdirildiyini deyən namizədlər builki sualların daha qəliz və məntiqsiz tərtib edildiyini əsas gətirirlər. Namizədlərin sosial şəbəkələr üzərindən imtahanlar barədə sonsuz iradları arasında digər məqamlar da var. Ən böyük irad isə Dövlət İmtahan Mərkəzinin xətti ilə ali məktəb diplomları alanların nə üçün yenidən imtahan olunmaları ilə bağlıdır. İmtahanlarla bağlı şərhlərdə sovet dövrü ilə bugünkü təhsil sistemini müqayisə edən namizədlər ali məktəbi bitirənlərin vaxtilə təyinatla müəllim işlədiyini xatırladaraq indi müsabiqədə müəyyən bal yığmaqla rayonda yaşayanın şəhərlərdə, əksinə şəhərdə yaşayanların isə rayonlarda işlə təmin olunmalarını absurd hesab edirlər. Məsələn, Ləzgin Yusubov adlı sosial şəbəkə istifadəçisi vurğulayır ki,  "Mən özüm Oğuz rayon sakiniyəm, amma İsmayıllı rayonunda işləyirəm. Amma elə müəllimlər də var ki, İsmayıllıda yaşayırlar, gəlib Oğuzda müəllim işləyirlər. Bu, nə dərəcədə düzgün sistemdir?”.  

Fikirlərdə o da səsləndirilir ki, müəllim olmaq istəyənləri yenidən imtahan etməklə dövlət öz verdiyi təhsilə güvənsizlik nümayiş etdirir. Solmaz Quliyeva: "Dövlət verdiyi diploma güvənmirsə, universitetləri bağlasın”. Tərlan Əliyev: "Belə çıxır ki, nazirlik öz diplomunu tanımır, yenidən imtahan edir”. Nərmin Hacıyeva: "Əgər bizi yenidən imtahan edib gic-gic suallarla əsəbimizi pozacaqlarsa, niyə imtahan verib universitet oxuyuruq. Elə yoldan keçənləri imtahan eləsinlər, bal yığanlar müəllim olsun”.

İmtahanda ixtisas fənnindən, məntiq və kurikulumdan suallar verildiyini xatırladaraq bildirək ki, bəzilərinin fikrincə, müəllimləri məntiqdən daha çox psixologiyadan imtahan etsələr, məqsədəuyğun olar. Digər tərəfdən humanitar fənn müəllimlərinin çətin riyazi məntiq sualları ilə imtahan olunmaları və ixtisası əla bildikləri halda bu suallar üzündən az bal toplamalarını ədalətsizlik hesab edirlər.

Ümumiyyətlə, işə qəbul prosesinin bu qədər qəlizləşməsinə etiraz edən namizədlər hər il sualların daha da çətinləşdirilməsi səbəbindən illərlə ödənişli hazırlıq kurslarına getməklə həm vaxt itirdiklərini, həm də xeyli vəsait xərcləməli olduqlarını təəssüflə bildirirlər. Hazırlıq müddətində konkret hansı vəsaitlə hazırlaşmalı olduqlarını bilməyən namizədlər müxtəlif ödənişli kurslar arasında qalaraq nəticədə imtahan vaxtı tanış olmayan suallarla rastlaşıb məyus olduqlarını dilə gətirirlər. Narazı namizədlər onu da bildirirlər ki, belə imtahanları keçirməkdənsə, ali təhsil müəssisələrində müəllimlik ixtisası üzrə yerlərin sayı azaldılsın və bu səbəbdən də ən yüksək bal toplayanlar müəllim adına layiq görülsün.

Bəzi namizədlər isə yüksək bal toplasalar da, şəhər mərkəzində işlə təmin oluna bilmədiklərindən gileylənirlər.  Ləman Rəhim adlı istifadəçi deyir ki: "Mən BDU–nun həm bakalavriat, həm də magistr səviyyəsini bitirmişəm. Heç bir kursa getmədən 51 balla Bakıya düşə bilmirəmsə, onda deməyin ki, Bakının keçid balı 48-dir. Bakının keçid balı 58-dir. Çünki bir-iki vakant yerə ancaq bir-iki nəfər yerləşə bilər”.

Qeyd edək ki, imtahanların bitməsinə hələ 10 gün vaxt qalıb və yəqin ki, iradlar bütün bunlarla yekunlaşmır. Ümid edək ki, imtahanlar bitəndən sonra Təhsil Nazirliyi bütün iradlara həssaslıqla yanaşacaq.konkret.az

 



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Biologiya və coğrafiya müəllimi olmaq istəyənlər imtahan verir

Biologiya və coğrafiya müəllimi olmaq istəyənlər imtahan verir

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulu üzrə müsabiqəyə start verilir

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

Bakıda direktor olmaq istəyənlər çətin sınaq qarşısında – Keçid balı artırıla bilər

Bakıda direktor olmaq istəyənlər çətin sınaq qarşısında – Keçid balı artırıla bilər

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Təhsil Nazirliyi bu müəllimlərlə bağlı açıqlama yaydı - 356 müəllim imtina etdi

Təhsil Nazirliyi bu müəllimlərlə bağlı açıqlama yaydı - 356 müəllim imtina etdi

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Acı təəssüratlar

Acı təəssüratlar

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

İmtahandan kəsilənlər bu gün yenidən imtahan verir

İmtahandan kəsilənlər bu gün yenidən imtahan verir

İmtahandan keçib təyinat almayan direktorların aqibəti necə olacaq? - RƏSMİ CAVAB

İmtahandan keçib təyinat almayan direktorların aqibəti necə olacaq? - RƏSMİ CAVAB

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

Müəllim olmaq istəyənlər üçün son 2 gün

Müəllim olmaq istəyənlər üçün son 2 gün