AzTehsil.com


Xəbərlər
10 iyun 2019
2 455


Nazir “Son zəng”lə bağlı əmr verdi



Nazir “Son zəng”lə bağlı əmr verdi

 

 
İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq.

Bununla bağlı nazir Ceyhun Bayramov əmr imzalayıb. 

Əmrdə ölkənin ümumtəhsil məktəblərində təşkil olunan "Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə olunub.

Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən "Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.



Загрузка...