Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərə sənəd qəbulu davam edir.
Hərbi liseylərə qəbul imtahanı iyulun 14-də keçiriləcək.
Elektron ərizələrin qəbulu isə iyunun 25-də saat 17:00-da başa çatacaq.
Abituriyent elektron ərizənin doldurulması mərhələsində:
- tələb olunan sənədləri toplayır;
- elektron ərizə ilə iş üçün ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet” yaratmalıdır;
Abituriyent "Şəxsi kabinet”inin istifadəçi adı və parolunu unutmamalıdır.
Daha sonra "Şəxsi kabinet”inin istifadəçi adı və parolunu eservices.dim.gov.az/erizehl internet səhifəsinin abituriyentlər üçün giriş bölməsində müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır;
Elektron ərizə ekranda açıldıqdan sonra "Abituriyentin elektron ərizəsi” formasının doldurulma qaydasına uyğun olaraq tələb olunan məlumatları ərizənin müvafiq sahələrinə daxil edir;
Ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgünlüyünü, tam olmasını yoxlayır və "Bəyannamə"ni oxuyur;
"Ərizəni yadda saxla" düyməsini basır;
Ekranda açılan pəncərədə iş nömrəsi və şifrə təsvir olunacaq. Bu məlumatları unutmamalı və çap etməlidir;
Proqram apardığı yoxlamalar nəticəsində səhvlər aşkar edib, bu barədə məlumat verərsə, abituriyent müvafiq düzəlişlər aparıb, yenidən "Ərizəni yadda saxla" düyməsini basır;
Ərizəni doldurduqdan sonra iş nömrəsi və şifrəni çap edir, məxfiliyi təmin etmək və kənar müdaxilənin qarşısını almaq məqsədilə "Əvvəlki səhifəyə qayıt" düyməsini basır.
Abituriyent elektron ərizənin təsdiqi mərhələsində:
Elektron ərizəsini təsdiq etdirmək üçün müəyyən edilmiş müddətdə sənədlərini müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edir. Təsdiqlənmiş ərizədə yalnız DİM-ə yazılı şəkildə müraciət etməklə düzəlişlər aparmaq mümkündür.
Abituriyent elektron ərizə formasını aşağıdakı qaydada doldurur:
Sistemdə qeydiyyat zamanı (iş nömrəsi və şifr əldə edilən zaman) istifadə edilən şəxsiyyəti təsdiq edən sənədin növündən asılı olaraq, ərizənin bəzi sahələrində hər-hansı bir dəyişiklik etmək mümkün deyil.
6-cı bənddə siyahıdan cinsinə uyğun olaraq "kişi” və ya "qadın” sözünü seçir;
7-ci bənddə vətəndaşı olduğu ölkəni siyahıdan seçir;
9-cu bənddə yaşadığı məntəqəni siyahıdan seçir;
10-cu bənddə qeydiyyatda olduğu ünvanı daxil edir;
11-ci bənddə abituriyentin "Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqə təsvir olunur. Bu bənddə abituriyent heç bir əməliyyat aparmır.
12-ci bənddə əlaqə telefonunun operatorunu siyahıdan seçir, telefon nömrəsini isə müvafiq sahəyə daxil edir;
13-cu bənddə bitirdiyi ümumi orta təhsil müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin adını, sonra isə bitirdiyi ümumi orta təhsil müəssisəsinin adını siyahıdan seçir;
14-cü bənddə ümumi təhsil müəssisəsini bitirdiyi ili daxil edir;
15-ci bənddə təhsil haqqında şəhadətnamənin seriyasını siyahıdan seçir, nömrəsini və verilmə tarixini müvafiq sahələrə daxil edir;
16-cı bənddə test imtahanı verəcəyi dil Azərbaycan dili seçilir;
17-ci bənddə orta ixtisas təhsili müəssisələrinin təhsil forması dövlət hesablı və ya ödənişli əsaslarla olan 5-ə qədər ixtisas kodunu göstərə bilər. İxtisas kodlarının sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Seçilmiş ixtisas kodlarının ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinəyerləşdirilir.
Seçilmiş ixtisaslar aşağıdakı tələbləri ödəməlidir:
- ixtisas kodları elan olunmuş ixtisaslar siyahısından seçilməlidir;
- Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan, rus bölməsinin abituriyentləri isə rus bölməsinə aid olan ixtisasları seçməlidirlər.
Bu tələbləri ödəməyən ixtisas kodları nəzərə alınmır.