Qazaxıstanda 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı
Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramıelan edib.
Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.
Təqaüd proqramına müraciət edəcək iddiaçılar cari ilin aprelin 9-dək Azərbaycanın Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
Təhsil haqqı, tədris vəsaitləri, yataqxana, tibbi xidmət xərcləri, aylıq təqaüd Qazaxıstan tərəfindən qarşılanacaq. Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri isə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən ödəniləcək.
Təqaüd proqramı barədə daha ətraflı elan vasitəsilə tanış olmaq mümkündür.