AzTehsil.com


Xəbərlər / Müəllim
28 sentyabr 2018
2 824


Ceyhun Bayramovdan rektorun oğlunun yerinə TƏYİNATLAR



 

 
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
 
AzTehsil.com Unikal.org-a istinadən xəbər verir ki, təhsil naziri Ceyhun Bayramovun göstərişi ilə sözügedən vəzifə müvəqqəti olaraq nazirin müşaviri Həsən Həsənliyə  tapşırılıb. 
 
Qeyd edək ki, ötən günə qədər Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev idi. O, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə nazirin müşaviri təyin edilib. S.Vəliyev "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Əliyevin oğludur.
 

Ceyhun Bayramovdan rektorun oğlunun yerinə TƏYİNATLAR

 





Загрузка...