AzTehsil.com


Xəbərlər / Valideyn / Direktor / Müəllim
15 sentyabr 2018
2 805


“Bilik günü” bizdə niyə şablon keçirilir? – Deputatların təklifləri



 

“Bilik günü” bizdə niyə şablon keçirilir? – Deputatların təklifləri

 

 
Bu gün yeni tədris ilinin başlanması münasibətilə məktəblərdə "Bilik” günü qeyd  olunur. Təhsil naziri Ceyhun Bayramovun "2018-2019-cu tədris ilində "Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” imzaladığı əmrə əsasən, 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslər sentyabrın 15-də başlanacaq.

İlk dərs günü məktəbə yeni gedəcək şagirdlər üçün bir qədər həyəcanlı keçsə də, adətən bu gün şablon ssenarilərlə qeyd olunur.

AzEdu.az  "Bilik günü”nün fərqli şəkildə necə keçirilməsi, nə kimi yeniliklərin vacibliyi ilə bağlı millət vəkillərinin fikrini öyrənib:

Millət vəkili Jalə Əliyeva qeyd edib ki, "Bilik” gününün keçirilməsi artıq ənənə halını alıb:

"Məncə hər məktəbli bugünü həyəcanla gözləyir, ciddi hazırlaşır. Böyük kütləni əhatə edir. Bilmirəm, "Bilik günü”ndən qeyri adi nə gözləmək olar. Amma uşaqların kifayət qədər yaddaşında qalır. Himn oxunur, şerlər deyilir. Daha fərqli etmək üçün əlaqədar təşkilatlar yaradıcı nələrsə edə bilərlər.

Həmin gün yalnız orta məktəblərdə deyil, ali məktəblərdə də həyəcanla gözlənir, müxtəlif ziyalılar dəvət olunur, mühazirələr deyirlər. Mən özüm hər ilin bugünündə region məktəblərinin qonağı olur, ölkə tədris mərkəzlərində gedən yenidənqurma işləri haqda danışıram. Yaxşı olardı ki, ziyalı və məşhur insanlar həmin məktəbləri ziyarət etsinlər. Bu ənənəni davam etdirmək yaxşı olardı. Ziyalılarla görüşlər keçirilə bilər. Həmin gün onların öz xatirələrini bölüşməsi ilə yaddaşlarda qalar. Uşaq yaddaşı elədir ki, yaxşı və ya pis- hər şeyi tez qəbul edir. Ona görə çalışmaq lazımdır ki, uşaqlara daha maarifləndirici məlumatlar çatdıraq”.

Millət vəkili Hadı Rəcəblinin fikrinə görə isə Qeyri Hökümət Təşkilatları burada fəal iştirak etməlidir:

"Çünki bilik yalnız müəllimlə şagirdin arasında olan məsələ deyil. Burada bütün cəmiyyət iştirak etməlidir. Prezidentin iştirakı, bu günün dövlət səviyyəsində qeyd olunması təsadüfi deyil.

Dünyada sosial siyasətin maraqlı fəlsəfəsi var: cəmiyyətin inkişafı, uşaqların cəmiyyətdə özünə yer tapması üçün iki fakt mövcuddur. Onun birincisi elm və təhsil, ikincisi isə idman sağlamlığı və əzmidir. Bu, qələbəyə gətirib çıxarır. Bu iki faktor birləşəndə uğurlu nəticə alınır.

"Bilik günü”ndə bilik təbliğ olunmalıdır. Nümunəvi insanları şagirdlərə göstərmək lazımdır. Bu gün təəssüf ki, kimin imkanı varsa, sahibkarlıq obrazı yaradır. Əslində isə o imkana nəyin hesabına nail olduqlarını göstərmək lazımdır. Ağıl və əzmkarlıq təbliğ olunmalıdır”.

 

“Bilik günü” bizdə niyə şablon keçirilir? – Deputatların təklifləri

 




Загрузка...
Həmçinin oxuyun:
“Bilik günü”nün qeyd olunması ilə bağlı əmr imzaladı

“Bilik günü”nün qeyd olunması ilə bağlı əmr imzaladı

1 sentyabr nostalgiyası – “O günün başqa ab-havası vardı, heç görmədim ki, 15 sentyabrda...”

1 sentyabr nostalgiyası – “O günün başqa ab-havası vardı, heç görmədim ki, 15 sentyabrda...”

Valideynlərə   xəbərdarlıq

Valideynlərə xəbərdarlıq

Məktəblilər bu günlərdə dərsə getməyəcəklər - Rəsmi

Məktəblilər bu günlərdə dərsə getməyəcəklər - Rəsmi

Dərslər nə vaxt başlayacaq?

Dərslər nə vaxt başlayacaq?

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

Nazirdən "Bilik günü" MÜRACİƏTİ

Nazirdən "Bilik günü" MÜRACİƏTİ

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

4 gün iş olmayacaq

4 gün iş olmayacaq

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Növbəti dərs ili nə vaxt başlayıb nə vaxt bitəcək?/SON QƏRAR

Növbəti dərs ili nə vaxt başlayıb nə vaxt bitəcək?/SON QƏRAR

20-22 yanvar günləri iş olacaqmı?

20-22 yanvar günləri iş olacaqmı?

Dərslər bu tarixdə başlayacaq

Dərslər bu tarixdə başlayacaq

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

Son zəng əvvəlki kimi mayın 25-də keçirilə bilər

Son zəng əvvəlki kimi mayın 25-də keçirilə bilər

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

Millət vəkili orta məktəblərdə mobil telefonun qadağan edilməsi təklifi ilə çıxış etdi...

Millət vəkili orta məktəblərdə mobil telefonun qadağan edilməsi təklifi ilə çıxış etdi...

ŞAD XƏBƏR! Martda 15 gün istirahət edəcəyik

ŞAD XƏBƏR! Martda 15 gün istirahət edəcəyik

Azərbaycanda 6 gün iş günü olmayacaq

Azərbaycanda 6 gün iş günü olmayacaq

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

"Əgər bu məsələ tam şəkildə təmin olunarsa, bəzi narahatedici məqamlar da aradan qalxar”

"Əgər bu məsələ tam şəkildə təmin olunarsa, bəzi narahatedici məqamlar da aradan qalxar”

Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...

Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...