AzTehsil.com


Xəbərlər
04 avqust 2018
2 850


İdman Akademiyasında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində qərar qəbul edilib



 

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2016-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
 
 
Aztehsil.com xəbər verir ki, Hesablama Palatasından AzEdu.az-a verilən məlumata əsasən, Akademiyanın daxilolmaları 2016-cı ildə 98,4%, 2017-ci ildə 99,6%, xərclər smetası üzrə isə kassa xərci müvafiq olaraq 99,7% və  98,8%  icra edilib.  Auditlə ümumilikdə 11699,9 min manat, o cümlədən 2016-cı ildə 5829,7 min manat və 2017-ci ildə 5870,2 min manat məbləğində vəsait əhatə olunub.

Bildirilib ki, auditlə əhatə edilən dövrdə Akademiyada bəzi hallarda zərurət olmadığı halda eyni funksiyaları yerinə yetirən inzibati vəzifələr üzrə paralel ştatlar, xidmət sahəsi olmayan, eləcə də tədris yükü olmayan və fəaliyyət göstərməyən kafedralar üzrə ştat vahidləri saxlanılmış, bəzi hallarda mühazirə saatları düzgün olmayaraq elmi dərəcəsi olmayan müəllimlər tərəfindən tədris edilib.

Bəzi hallarda artıq əmək haqqı, mükafat, məzuniyyət və ezamiyyə xərci ödənilmiş, mülki hüquqi müqavilələrə əsasən ödənilmiş vəsaitdən sosial sığorta haqqı az tutulmuş, tələbələrin götürdüyü kreditlərə görə alt qruplarda təkrar dinləmənin nəticələri nəzərə alınmadan təqaüd müəyyən edilib.

Məlumata əsasən, maliyyə hesabatları tərtib edilərkən "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın bəzi tələbləri gözlənilməyərək maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib..

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən yol verilən nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol verən vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və görülən tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına göndərilib.

Auditin nəticələri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat təqdim edilib.



Загрузка...
Həmçinin oxuyun:
Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

Tibb Universitetində aşkarlanmış qanunsuzluqlar.../KORRUPSİYA

Tibb Universitetində aşkarlanmış qanunsuzluqlar.../KORRUPSİYA

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

Deputat Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi - KORRUPSİYA

Deputat Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi - KORRUPSİYA

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Dördüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin nəzərinə

Dördüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin nəzərinə

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Nazirlik məktəblərdə ciddi nöqsanlar aşkarlayıb

Nazirlik məktəblərdə ciddi nöqsanlar aşkarlayıb

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Azərbaycanda magistratura pilləsində idman jurnalistikası ixtisası tədris olunacaq

Azərbaycanda magistratura pilləsində idman jurnalistikası ixtisası tədris olunacaq

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

Məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər dövlət hesabına vəkil tuta bilərmi?

Məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər dövlət hesabına vəkil tuta bilərmi?

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Gələn ilin büdcəsində tələbə təqüdləri üçün vəsait azaldılıb

Gələn ilin büdcəsində tələbə təqüdləri üçün vəsait azaldılıb

Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq

Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Nazir müavini şagirdlərin sağlamlıq səviyyəsindən danışdı

Nazir müavini şagirdlərin sağlamlıq səviyyəsindən danışdı

Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb

Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb