AzTehsil.com


Xəbərlər / Səhiyyə
13 aprel 2018
3 544


Alimlərdən yeni kəşf: Doğum tarixi hansı xəstəliklərdən xəbər verir?



 

ABŞ alimləri 1,7 milyon insanın sağlamlığı ilə doğum tarixini qarşılaşdıraraq inanılmaz nəticələr əldə ediblər.

Aztehsil.com  xəbər verir ki, araşdırmalara görə doğum tarixi əslində xəstəlikləri də müəyyən edə bilir. Məsələn, may ayında dünyaya gələnlər daha çox xroniki xəstəliklərə tutulurlar. 

Kolumbiya Universitetinin professorları 1985-2013-də Nyu Yorkun Presbyterian xəstəxanasında müalicə alan 1,7 milyon insanın sağlamlıq məlumatlarını doğum tarixi ilə alqoritmik üsulla qarşılaşdırıblar.

Nəticəyə görə, mart və aprel ayında doğulanların ürək-damar xəstəlikləri, oktyabr və noyabr ayında doğulanların isə nevroloji xəstəliklərə tutulma riski böyükdür. Bundan başqa, asma kimi bronxial xəstəliklər iyul və oktyabr aylarında doğulan, diqqətsizlik isə noyabr ayında doğulanlarda müşahidə olunur. 

Təcrübəni həyata keçirən Mary Regina Boland doğum tarixi və risklər arasındakı bağlantının ətraf mühitin təsiri ilə xəstəliklərin bioloji mexanizmi arasındakı əlaqəni ortaya qoyduğunu söyləyib. Gənc professor bu yeni üsulla həkimlərə xəstəliklərin müalicəsində kömək edə biləcəyini də bildirib.

Təcrübənin nəticələri "Journal of American Medical İnformatics Association” jurnalında dərc olunub. (qaynarinfo.az)



Загрузка...