Vəkil olmaq istəyənlərin imtahanı keçiriləcək
Vəkillər Kollegiyası vəkil olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Qurumdan verilən məlumata görə, vəkilliyə namizədlərlə yazılı test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə, cari ilin yanvar ayının 28-də keçirilməsi nəzərdə tutulur.
İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuat vasitəsilə veriləcək.
Namizədlər sənəd qəbulu 9 dekabr 2017-ci il tarixdə başlamış, bu ilin yanvar ayının 11-də yekunlaşmışdı. Sənəd qəbulu nəticəsində namizədlərin sayı 2000-ə yaxın olub.