Xəbərlər / İKT / Texnologiya
27 dekabr 2017
2 271


“WhatsApp” iki əməliyyat sistemini dəstəkləməyi dayandırır

“WhatsApp” iki əməliyyat sistemini dəstəkləməyi dayandırır

"WhatsApp” messenceri yeni ildən etibarən iki əməliyyat sistemini dəstəkləməyi dayandıracaq.


Məlumata görə, söhbət "BlackBerry OS” ("BlackBerry 10” daxil olmaqla) və "Windows Phone 8.0”dan gedir.


Yanvarın 1-dən smartfonları bu əməliyyat sistemləri ilə çalışan şəxslər "WhatsApp”dan istifadə etdikdə çətinliklə qarşılaşacaq. Bu cihazlarda messencer çalışmağa davam etsə də, yeni aktivasiyalar etmək mümkün olmayacaq. Eyni zamanda, həmin cihazlarda istənilən an "WhatsApp” dayana bilər.

Məqalə Göndər








Загрузка...