AzTehsil.com


Xəbərlər / Texnologiya
25 noyabr 2017
2 898


"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: mesajları belə qoruyun



"WhatsApp”dakı mesajlarınızın təhlükəsizliyindən əmin olmaq üçün müxtəlif üsullar mövcuddur.


Hər ay 1,3 milyard insan WhatsApp sosial şəbəkəsi vasitəsilə mesajlaşır. Şəxsi mesajlarınızın başqaları tərəfindən oxunmasını istəmirsinizsə, bir neçə təhlükəsizlik qaydasına riayət etməlisiniz:


"WhatsApp”da iki addımdan ibarət kimlik təsdiqləmə funksiyası mövcuddur. Bunun üçün "Tənzimləmələr – Hesab – İki addımlı təsdiqləmə – Aktivləşdir” əməliyyatlar silsiləsini həyata keçirin. Bu zaman sizdən 6 rəqəmli parol tərtib etməyiniz tələb olunacaq.

 

Daha sonra isə heç kim sizdən xəbərsiz başqa bir qurğudan hesabınıza giriş edə bilməyəcək. Kimsə buna cəhd edərsə, elektron poçtunuza xəbərdarlıq göndəriləcək.


Bildiyiniz kimi, "WhatsApp”ı silib, təkrar yüklədikdə mesajları qaytarmaq mümkündür. Bunun səbəbi isə, söhbətlərinizin "Drive” və "iCloud”da arxivlənməsidir. Əgər "WhatsApp”da göndərdiyiniz şəkillərin və ya digər mesajların kiminsə əlinə keçməsini istəmirsinizsə, tənzimləmələrdə arxivləşdirmə funksiyasını deaktiv edin.




Загрузка...