Robotlar dad və qoxunu hiss edəcəklər
Böyük Britaniyanın paytaxtı Londonda və İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən və robot texnikasına istiqamətlənmiş "Rewired” vençur studiyası dad və qoxunun rəqəmsallaşdırılması üsulunu tapmış "Aromyx” şirkəti ilə əməkdaşlıq haqqında razılığa gəlib.
Məlumata görə, "Aromyx” dad və qoxunun rəqəmsallaşdırılmasını təmin etməyə imkan verən texnologiyanın hazırlanması ilə məşğul olur. Şirkət insana xas olan iybilmə sistemini yaradıb.
Dad və qoxunun rəqəmsal təqlidi mühəndislər, bioloqlar və kimyaçılar üçün çətin məsələ idi, çünki bunun üçün hər üç sahənin əlaqələndirilməsi tələb olunurdu. Lakin Stenford Universitetinin alimləri ilə əməkdaşlıq edən "Aromyx” insanın hiss orqanlarının beyinə göndərdiyi biokimyəvi siqnalların yenidən yaradılması və bu siqnalların informativ yolla ölçülməsi üsulunu aydınlaşdırıb. Bu üsulla birdəfəlik istifadə üçün nəzərdə tutulan, müxtəlif mühitlərə uyğunlaşdırılan biosensor "EssenceChip” yaradılıb. Bu texnologiyanın tətbiq dairəsi kifayət qədər genişdir. "Aromyx” robot texnikası üçün də böyük imkanlar yaradacaq. "Rewired” vençur studiyasının nümayəndələri iddia edirlər ki, sensor qabiliyyətlərin yaxşılaşdırılması növbəti nəsil "ağıllı” robotların yaradılmasına yol açacaq.


“Bu, ali məktəblərin qarşısında yeni vəzifələr qoyur” - Komitə sədri

Yeni nəsil qatlana bilən İPhone gəlir

Robot tibb imtahanı verib həkim lisenziyası aldı - ÇİNDƏN DAHA BİR İLK

Bu da insanabənzər robot

Çində robotlar diaqnoz qoyacaqlar

4 ilə iki diplom almaq imkanı...

Smartfonlar üçün “ağıllı” örtük

"Sony” robot-it yaratdı

Alimlər: Smartfonlar tələbələri key edir

Çində yaşlı insanların qayğısına qalan robot hazırlandı

Pekinin sürətli avtomobil yolunda robot-polis sınaqdan çıxarılıb

“Google” “ağıllı” rayon yaradır - 1 MİLYARD DOLLARA

Uşaqlar üçün robot-pişik hazırlanıb

Robot poçtalyon yaradıldı

İnnovasiya ekosistemi və ali təhsil

Mobil telefonlar xərçəng yaradır?- XƏBƏRDARLIQ

Texnologiya dahilərindən valideynlərə xəbərdarlıq. Robot kimi yetişirlər!

Texnologiya dahilərindən övladlarına qadağalar. Robot kimi yetişirlər!

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

Qərb Universiteti mühəndislər hazırlayacaq

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub