Xərçəngin qarşısını alan MÖCÜZƏVİ ÜSUL - Heyva yarpağının bilmədiyiniz FAYDALARI
Heyva orqanizm üçün çox qiymətli bitkidir. Onun, hətta tumunun faydaları haqqında mütəmadi olaraq oxucuları məlumatlandırırıq.
Son araşdırmalarda heyva yarpağı çayının müalicəvi xassəsi də ortaya çıxıb.
Heyva yarpağı çayı necə hazırlanır?
Əvvəlcə isti suya 20-25 ədəd qurudulmuş heyva yarpağını atıb 4-5 dəqiqə zəif odda dəmləyin. Qaynadılmış yarpaqları süzüb çayı için. Lakin qəbizlik problemi olanlara heyva yarpağı çayı içmək tövsiyə edilmir.
Heyva yarpağı çayı mədə xəstəliklərinə yaxşı təsir edir. Xərçəngə qarşı bədəni və hüceyrələri qoruyur.
Heyva yarpağının çayı artıq piylərin yandırılması üçün effektli vasitədir. Həmçinin sərbəst radikalların cildə verdiyi zərərləri aradan qaldırmağa yardım edir.