«Google» ənənəvi enerji mənbələrindən tamamilə imtina edəcək
Alternativ enerjiyə üstünlük verən «Google» korporasiyası ənənəvi mənbələrdən alınmış enerjidən tam imtina edəcək. Belə niyyətinin olması haqqında hələ ötən il açıqlama verən şirkət qəti qərarında israrlıdır.
«Google» alternativ enerji mənbələrindən istifadə etməklə daha çox enerji tələb edən layihələrin reallaşdırılmaq mümkün olduğunu göstərir.
Ənənəvi enerji mənbələrindən tam imtina bu ilin sonuna nəzərdə tutulub. Artıq yeni sistem testdən keçirilib. Layihənin uğurlu gedişini izləyən digər şirkətlərin də uyğun addımlar atacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl «Google» nəzəriyyədə bütün bəşəriyyəti sonsuz enerji ilə təmin edə bilən layihənin neçə işə salınması məsələləri ilə maraqlanırdı.