Təhsil Nazirliyindən Rəhiməyə Gözlənilməz JEST
Təhsil Nazirliyi "Beynəlxalq Qız Uşağı Günü” münasibəti ilə evdə təhsil alan şagirdə baş çəkib.
Aztəhsil.com bu barədə məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə paylaşıb.
O, "Beynəlxalq Qız Uşağı Günü” münasibəti ilə Sabunçu rayonunun 170 nömrəli tam orta məktəbin evdə təhsil alan 8-ci sinif şagirdi Rəhiməni təbrik etdiklərini qeyd edib.