Emin Əmrullayev Zaqatalada vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 30 avqust 2023-cü il tarixində Zaqatala rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qax və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.
Nazirlikdən bildirilib ki, adları çəkilən rayonların sakinləri 15 avqust 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.