Bakıda müəllim vəfat etdi
Bakının Nərimanov rayonunda yerləşən Məktəb-Lisey Kompleksinin müəllimi Tərəqqi Məsumə Qurban qızı vəfat edib.
Bu barədə məktəb-lisey özü məlumat yayıb.
Bildirilib ki, o, uzun sürən ürək xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Məsumə Tərəqqi sözügedən təhsil ocağında ingilis dili fənnini tədris edib.