Təhsil naziri vətəndaşları qəbul edəcək
Təhsil naziri Emin Əmrullayev mayın 13-də Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, təhsil nazirinin Qubada keçiriləcək qəbulunda mayın 4-dən 10-dək nazirliyin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi vatsap xidmətinə (0512067848) müraciət etmiş şəxslər iştirak edəcək.