Bir qrup valideyn uşaq bağçasından şikayətçidir.
Abşeron rayonunun Novxanı kəndində bir qrup valideyn 13 sayılı körpələr evi, uşaq bağçasından şikayətçidir.
Valideynlər bildirirlər ki, bağçanın kamera sistemi yoxdur, uşaqlara verilən gündəlik qidalar onları narahat edir.
Üç övladı bu bağçaya gedən Simuzər Quliyeva deyir ki, birinci övladını bağçaya yazdırarkən 100 manat, digər iki övladında isə 50 manat pul ödəyib. Hər ay isə hər uşaq üçün 15 manat pul ödəyirlər.
Daha ətraflı Baku TV-nin süjetində: