Xəbərlər / D.Qulluğu
06 may 2022
1 272


DİM dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirəcək


Dövlət İmtahan Mərkəzi (DİM) mayın 8-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirəcək.


DİM-dən bildirilib ki, BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak edəcək namizədlər DİM-in saytında yerləşdirilmiş linkə daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.


Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. İmtahan saat 11-də başlanır. Namizədlər saat 10-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.


Qeyd edək ki, imtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 9, BA qrupu üzrə 79, BB qrupu üzrə 207 olmaqla, ümumilikdə 298 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün 3 imtahan rəhbəri, 26 nəzarətçi müəllim ayrılıb.


Namizədlər imtahanda yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları ilə DİM-in saytında yerləşdirilmiş linkdən tanış ola bilərlər.







Загрузка...
Həmçinin oxuyun:
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dekabrın 19-da dövlət qulluğunda vəzifə qrupları üzrə test imtahanı keçiriləcək

Dekabrın 19-da dövlət qulluğunda vəzifə qrupları üzrə test imtahanı keçiriləcək

Bu gün dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Bu gün dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Bu gün 1848 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verəcək

Bu gün 1848 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verəcək

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilir

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilir

1000-dən çox namizəd dövlət qulluğuna qəbul üçün test imtahanı verəcək

1000-dən çox namizəd dövlət qulluğuna qəbul üçün test imtahanı verəcək

Məmur olmaq istəyənlər sınağa çəkiləcəklər

Məmur olmaq istəyənlər sınağa çəkiləcəklər

Bu gün   test imtahanı keçiriləcək

Bu gün test imtahanı keçiriləcək

İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

Bu gün DİM dövlət qulluqçusu olmaq istəyənlər üçün imtahan keçirir

Bu gün DİM dövlət qulluqçusu olmaq istəyənlər üçün imtahan keçirir

İnzibati vəzifələr üzrə imtahanda iştirak etmək üçün qeydiyyat davam edir

İnzibati vəzifələr üzrə imtahanda iştirak etmək üçün qeydiyyat davam edir

Məmur olmaq istəyənlərin nəzərinə – imtahan keçiriləcək

Məmur olmaq istəyənlərin nəzərinə – imtahan keçiriləcək

DİM vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək

DİM vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək

İnzibati vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

İnzibati vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

İmtahana qeydiyyat davam edir

İmtahana qeydiyyat davam edir

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanı başlanıb

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanı başlanıb

Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif imtahanlar keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif imtahanlar keçirilir

Bu gün 900-dən çox şagird DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı verəcək

Bu gün 900-dən çox şagird DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı verəcək

Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ