Məktəblimiz Yunanıstanda şahmat turnirinin qalibi oldu
Yunanıstanın Rodos adasında şahmat üzrə 7 yaşlı qızlar arasında Dünya çempionatı keçirilib.
Turnirdə Mingəçevir şəhər şahmat məktəbinin yetirməsi Əhmədli Mehriban Elmar qızı 2-ci yeri qazanıb.
2015 ci ildə anadan olan Mehriban Mingəçevir şəhərində 3 nömrəli məktəbdə 1-ci sinifdə oxuyur.
7 yaşlı qızlar arasında Azərbaycan 1-cisi olub, 2021 ci ilin dekabr ayı Gəncə şəhərində keçirilən Heydər Əliyevin 96 iliyinə həsr edilmiş şahmat yarışında regionda 1-ci yer tutub.
Mehriban, həmçinin Bakı şəhərində həmin yarışın davamı 2022-ci ilin yanvar ayında keçirilən yarışda da Azərbaycan 1-cisi olaraq, 7 yaşlı qızlar arasında Dünya çempionatına vəsiqə qazanmışdır.
Qeyd edək ki, yarışı Azərbaycanda Təhsil Nazirliyi keçirmişdir.
Mehribanın ailəsi onun şahmat müəlliməsi Sənubər müəllimədən və məktəbinin direktoru Eyyub müəllimdən razılığını ifadə edib.