AzTehsil.com


Xəbərlər / Video
12 may 2020
1 398


Şahmat üzrə onlayn “Beynəlxalq Təhsil Kuboku” yekunlaşıb



Şahmat üzrə onlayn “Beynəlxalq Təhsil Kuboku” yekunlaşıb

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn  "Beynəlxalq Təhsil  Kuboku” yekunlaşıb.

9-10 may 2020-ci il tarixlərində www.chess.com internet portalı üzərindən 17 yaşadək şahmatçılar arasında keçirilən beynəlxalq yarışda iştirak üçün 43 ölkədən 209 şahmatçı, o cümlədən 5 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 38 FIDE ustası qeydiyyatdan keçib. Ölkəmizi bu turnirdə dünya və Avropa birinciliklərinin qalibləri və onlayn Qran-pri turnirinin final mərhələsinin iştirakçıları olmaqla ümumilikdə 37 şahmatçı təmsil edib.

Oyunlar  seçmə və final olmaqla 2 mərhələ üzrə keçirilib. Yarışın ilk günü seçmə mərhələdə beynəlxalq reytinqi 2400-dək olan şahmatçılar yarışıb. Final mərhələsində seçmə mərhələdə ilk 30 yeri tutan və finala birbaşa qatılan 2400-dən yuxarı reytinqli şahmatçılar mübarizə aparıb.

Beynəlxalq yarışın nəticələrinə əsasən 17 yaşadək şahmatçılar arasındaI yerə Hindistan şahmatçısı Arjun Eriqaisi, II yerə Özbəkistan şahmatçısı Nodirbek Abusattarov, III yerə Hindistan şahmatçısı Raunak Sadvani layiq görülüb. Azərbaycan şahmatçılarından Xəzər Babazadə IV, Vüqar Manafov V yerdə qərarlaşıb. Nəticələrə görə, Əhməd Əhmədzadə və Aydın Süleymanlı mükafatçılar sırasında yer alıb.

Qızlar arasında şahmatçılarımızdan Mələk İsmayıl və Gövhər Beydullayeva eyni xal və əmsalla I və II yerləri bölüşüb, III yerə isə Qazaxıstan şahmatçısı Assel Lezbekova layiq görülüb.

12 yaşadək iştirakçılar arasında ən yaxşı nəticəni ukraynalı şahmatçı Tixon Çerniyayev göstərib. Bu nominasiya üzrə II yeri həmyerlimiz Rüstəm Rüstəmov, III yeri ukraynalı şahmatçı İhor Samunenkov tutub.

Təhsil Nazirliyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və İdman komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi ilə təşkil olunan  yarışın əsasnaməsinə uyğun olaraq qaliblərə diplom, pul mükafatı təqdim olunacaq.

Qeyd edək ki, www.chess.com internet portalı üzərindən təşkil olunan turnirin oyunları youtube kanalında canlı olaraq şərh edilib, final mərhələsi  "İdman Azərbaycan” kanalında canlı yayımlanıb.

Onlayn platforma üzərindən təşkil olunan şahmat üzrə  "Beynəlxalq Təhsil  Kuboku”nun keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, dünyada koronavirus (COVİD-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarət olub.

Onlayn "Beynəlxalq Təhsil Kuboku”na dair müvafiq məlumatlarla qeyd olunan linklər vasitəsilə tanış ola bilərsiniz:

Yarışın internet səhifəsi: www.tehsilchess.az/itc2020


Yarışın nəticələri: www.tehsilchess.az/itc2020-results

 

 



Загрузка...
Həmçinin oxuyun:
Şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku”

Şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku”

Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib

Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib

Şahmatçılar arasında onlayn Qran-Pri turnirinin final oyunları  keçiriləcək.

Şahmatçılar arasında onlayn Qran-Pri turnirinin final oyunları keçiriləcək.

Məktəblimiz şahmat üzrə Qran-Pri turnirinin qalibi oldu

Məktəblimiz şahmat üzrə Qran-Pri turnirinin qalibi oldu

Şahmat üzrə onlayn Qran-pri turniri keçiriləcək

Şahmat üzrə onlayn Qran-pri turniri keçiriləcək

Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

“Təhsil” Respublika İdman Mərkəzinin şahmatçısı dünya çempionu olub

“Təhsil” Respublika İdman Mərkəzinin şahmatçısı dünya çempionu olub

Şahmat üzrə onlayn yarış keçirilib

Şahmat üzrə onlayn yarış keçirilib

Respublika Şahmat Festivalı keçirilir

Respublika Şahmat Festivalı keçirilir

Muzeyləri onlayn ziyarət etmək imkanı yaradılıb

Muzeyləri onlayn ziyarət etmək imkanı yaradılıb

“Dərs vaxtı” - VII - XI siniflər üzrə fizika fənninə dair mövzuların müzakirəsi (14.03.2020)

“Dərs vaxtı” - VII - XI siniflər üzrə fizika fənninə dair mövzuların müzakirəsi (14.03.2020)

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” başa çatıb

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” başa çatıb

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalının rayon turu keçirilib

H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalının rayon turu keçirilib

Beynəlxalq şahmat yarışları bir il müddətinə təxirə salına bilər

Beynəlxalq şahmat yarışları bir il müddətinə təxirə salına bilər

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” na start verilib

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” na start verilib

Yanvarın 27-də 8-10, 10-12 yaş qruplarında oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib

Yanvarın 27-də 8-10, 10-12 yaş qruplarında oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib

“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib

Tərbiyə və öyrətmə

Tərbiyə və öyrətmə

İdmançılarımız beynəlxalq turnirin qalibi olub

İdmançılarımız beynəlxalq turnirin qalibi olub

Fransız dili müəllimdən fərqli və əyləncəli dərs metodu – VİDEO

Fransız dili müəllimdən fərqli və əyləncəli dərs metodu – VİDEO