Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə start verilir
Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi keçiriləcək.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqəyə növbəti həftə ərzində start verilməsi planlaşdırılır. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və əsas iş yeri üzrə minimum 5 saat dərs yükünə malik olan şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, hazırlanan proqram təminatı vasitəsi ilə qarşılıqlı yerdəyişmə etmək istəyən şəxslərə tamamilə elektron şəkildə müraciət və yerdəyişmə etmək imkanı yaradılıb.