Müəllimlər qarşılıqlı razılaşma əsasında iş yerlərini dəyişə bilərlər – YENİLİK
İki fərqli məktəbdə çalışan müəllimlərin qarşılıqlı razılaşma əsasında iş yerlərini dəyişdirmələri mümkündür.
Bu barədə Təhsil Nazirliyindən bildiriblər.
Diqqətə çatdırıblar ki, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində qarşılıqlı razılıq əsasında dəyişdirilməsi məsələsinə Nazirlik tərəfindən fərdi qaydada baxılır:
“Bu halda müəllimlərin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır. Bunun üçün hər iki tərəf razılaşdırdıqdan sonra ərizə ilə Təhsil Nazirliyinə müraciət etməlidir. Əlavə olaraq qeyd edək ki, bu prosesin gələcəkdə elektron platforma üzərindən həyata keçirilməsi nəzərdə tutulur” – açıqlama deyilir.