Nazir koronavirusla bağlı məktəblərdəki mövcud vəziyyətdən DANIŞDI
“Hazırda müəllimlərin maska taxması və digər tələblər qüvvədə qalır”.
Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, təhsil işçilərinin təxminən 97 faizi peyvənd olunub:
“Əvvəldən də vəd etdiyimiz kimi, vaksinasiya göstəricisinin yüksək olmasından irəli gələrək üzbəüz təhsildə davamlılıq əldə etmişik. Artıq tədris ilinin sonuna da yaxınlaşırıq. Ötən müddət ərzində də heç bir ciddi qapanmalara gedilmədi”.
Nazir qeyd edib ki, hazırda ölkədə fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələrində əyani tədris davam etdirilir:
“Müəllim və şagirdlər arasında əsaslı yoluxma sayları yoxdur. Hesab edirəm ki, mövcud şəraitdə məktəblərdə ciddi problem yaşanmır”.