Xəbərlər
09 aprel 2022
910


Bakıda doqquz yaşlı məktəblini avtomobil vurub


Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


“Report”un məlumatına görə, hadisə Nərimanov rayonu Fətəli xan Xoyski küçəsində qeydə alınıb.


Belə ki, 2013-cü il təvəllüdlü Filippova Alsu Oleqovna yolu keçərkən avtomobil onu vurub.


Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Məqalə Göndər








Загрузка...