Xəbərlər
24 mart 2022
1 271


14 yaşlı qızı maşın vurub


Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.


APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “Chevrolet Cruze” markalı minik avtomobili yolu keçmək istəyən 2008-ci il təvəllüdlü N.Qurbanovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Məqalə Göndər








Загрузка...