AzTehsil.com


Xəbərlər / Ekspert
31 mart 2022
822


Elşən Qafarov :Yeni tikilən və təmir olunan məktəblərimizin belə texniki pasportu yoxdur-İrad




Naxşıvan Muxtar Respublikasının  Babək rayonun Nehrəm kənd tam orta məktəbdə baş verən qəzada dünyasını dəyişənlərin yaxınlarına baş sağlığı verirəm.

 

Baş verən hadisə, bir həftə öncə Lerik rayonunun Veri kənd tam orta məktəbinin dam örtüyünün çökməsi müəyyən suallar orta qoyur . Belə ki , məktəblərimizdən neçəsi belə qəzalı vəziyyətdədir və bu qəzalı məktəblərlə bağlı hansı tədbirlər görülür ?


Nəzərə alsaq ki , ölkədə 4432 ümumi təhsil məktəbi var və son 20 ildə 3800-dən artıq məktəb ya yenidən tikilib ,ya da əsaslı təmir olunub. Bununla yanaşı qəzalı vəziyyətdə olan məktəblərimizin sayı da az deyil və hətda təmir olunan məktəblər arasında da belə məktəblər var.


Məktəblərin tikintisini və ya əsaslı təmirini aparan podratçı tikinti  təşkilatları bu  tikintini və təmiri sona çatdırdıqdan sonra hansı təşkilat texniki nəzarəti həyata keçirdir ? Ümumiyyətlə təhsil müəssələrinə texniki nəzarət həyata keçirilirmi ? 


Bildiyimiz kimi hər bir məktəbin texniki pasportu var ( olmalıdır ) . Texniki pasport  tikintini və ya təmiri aparan  podratçı tikinti şirkəti tərəfində , texniki nəzarəti həyata keçirdən dövlət orqanı tərəfindən (Şəhərsalma və Tikinti Məcəlləsinin 98-ci maddəsinə istinad olaraq, tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir) , tikintinin və ya təmirin aparılması ilə bağlı əvvəlcədən hazırlanmış layihəyə uyğun hazırlanır, Təhsil Nazirliyi tərəfindən təsdiq olunur və məktəbin əsas maliyyə-təsərrüfat sənədlərindən biri kimi məktəbdə daimi saxlanılır. 


Məktəblərdə artıq uzun illərdir ki, məktəb direktorlarının dəyişməsi zamanı sabiq direktorün , yeni təyin olunan direktora təhvil verməsi göstərilən sənədlər arasında məktəbin texniki pasportu göstərilmədiyinə görə (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”) məktəblərin əksəriyyətində texniki pasportlar itmişdir.


2000-ci illərdə ( nazir Misir Mərdanovun ) bir çox məktəblərin əraziləri kommersiya məqsədi ilə zəbt olunarkən araşdırma başlanması ilə bağlı texniki pasportlar Təhsil Nazirliyi tərəfində yığılsa da , həmin texniki pasportlar müəmmalı şəkildə yoxa çıxdı. 


Bu məsələyə bir də 2014-2015-ci illərdə həmin dövrdə Təhsil naziri olan Mikayıl Cabbarovun dovründə araşdırıldı və yerdə qalan digər məktəblərin texniki pasportları toplanıldı və əsas gətirildi ki texniki pasportlar kiril əlifbası ilə yazılıb , yeniləmək – latın əlifbası ilə hazırlamaq lazımdır. Nəticə etibarı ilə bu iş başa çatdırılmadı , hal –hazırda məktəblərimizin tam böyük əksəriyyətinin texniki pasportu yoxdur, bu o deməkdir ki , məktəb binalarının istismarına texniki nəzarət də yoxdur . 


Hətda yeni tikilən və təmir olunan məktəblərimizin belə texniki pasportu yoxdur . 

Problem kifayət qədər ciddidir . İlk növbədə Təhsil Nazirliyinin müfaviq strukturları təhsil müəssələrinin ( o gümlədən ümumi təhsil məktəblərinin ) istər tikinti və ya təmir zamanı, istərsə də dövrü olaraq istismar müddətində texniki nəzarəti təmin etməlidir .




Загрузка...
Həmçinin oxuyun:
Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

Uçmaq təhlükəsi ilə üz-üzə qalan təhsil ocağı – VİDEO

Uçmaq təhlükəsi ilə üz-üzə qalan təhsil ocağı – VİDEO

Mingəçevir Peşə  Məktəbi qəzalı vəziyyətdədir

Mingəçevir Peşə Məktəbi qəzalı vəziyyətdədir

Paytaxtda 8 yeni məktəb binası inşa olunur

Paytaxtda 8 yeni məktəb binası inşa olunur

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb

Damı qırıq, tavanı çürük, qapı-pəncərəsi olmayan məktəb: Şəhid adına yaraşmayan təhsil ocağı - VİDEO

Damı qırıq, tavanı çürük, qapı-pəncərəsi olmayan məktəb: Şəhid adına yaraşmayan təhsil ocağı - VİDEO

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Qax rayonunun Amanlı və Aşağı Malax kəndlərində modul tipli məktəb binaları tikilir

Qax rayonunun Amanlı və Aşağı Malax kəndlərində modul tipli məktəb binaları tikilir

Emin Əmrullayev: “Mediada bəzən məktəblər elə göstərilir ki, sanki onlardan xəbərsizik”

Emin Əmrullayev: “Mediada bəzən məktəblər elə göstərilir ki, sanki onlardan xəbərsizik”

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

Bakıda hazırda 2 yeni məktəb tikilir, 13-ü isə əsaslı təmir olunur – Ən son rəsmi statistika

Bakıda hazırda 2 yeni məktəb tikilir, 13-ü isə əsaslı təmir olunur – Ən son rəsmi statistika

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

Lənkəranda 4 yeni məktəb binasının inşası başa çatır

Lənkəranda 4 yeni məktəb binasının inşası başa çatır

İlin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək

İlin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək

Qəzalı məktəblərin problemi gələn ilə kimi həll ediləcək - İlham Əliyev

Qəzalı məktəblərin problemi gələn ilə kimi həll ediləcək - İlham Əliyev

Bakıda bu qədər məktəb əsaslı təmir edilib

Bakıda bu qədər məktəb əsaslı təmir edilib

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Füzuli məktəbi niyə çadırda qalıb? - VİDEO

Füzuli məktəbi niyə çadırda qalıb? - VİDEO

Azərbaycanda yeni tipli məktəblər yaradılır - VİDEO

Azərbaycanda yeni tipli məktəblər yaradılır - VİDEO

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI