AzTehsil.com


Xəbərlər / Direktor
30 mart 2022
1 115


Məktəb direktorunun 352 minlik əmlakına həbs qoyuldu – ŞOK DETALLAR




Külli miqdarda mənimsəmədə ittiham olunan 11 saylı internat məktəbinin direktoru Gülnarə Abdullayeva və digər şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş hakim Əhməd Quliyevin icraatına verilib.


Paytaxtın Bilgəh qəsəbəsində yerləşən 11 saylı  İnteqrasiya Təlimli İnternat Məktəbinin direktoru Gülnarə Abdullayeva, onun tədris işləri üzrə müavini Fəranə Əliyeva, müavin Namiq Kərimov, xidməti işçi Əliyev Əlipolad, katibə Fatimə Rzayeva və “Dostluq Servis” MMCnin baş direktoru Famil Miriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. İş üzrə Təhsil Nazirliyi zərərçəkmiş qismində tanınıb. Əldə etdiyimiz məlumata görə, adı çəkilən şəxslərin hər biri polisin nəzarəti altına verməklə barələrində həbs-qətimkan tədbiri seçilib. Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.


Onların iştirakı ilə Təhsil Nazirliyinə ümumilikdə 315 min 127 manat maddi ziyan vurulub. Dəyən ziyanın 49 mini nazirliyə ödənilib.


Bundan əlavə, direktor G. Abdullayevanın 352 min 779 manat dəyərində əmlakına həbs qoyulub. Həmin əmlakın bir ev və iki bağ sahəsindən ibarət olduğu bildirilir.


Qeyd edək ki, G. Abdullayev ötən ilin avqust ayında saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata əsasən, aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdılaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.




Загрузка...
Həmçinin oxuyun:
Direktor müavininin cinayət işi məhkəməyə göndərilib

Direktor müavininin cinayət işi məhkəməyə göndərilib

Həbsdə olan direktora qarşı dələduzluq edən müəllim də tutuldu

Həbsdə olan direktora qarşı dələduzluq edən müəllim də tutuldu

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

Rüşvətə görə həbs edilən direktora hökm oxundu

Rüşvətə görə həbs edilən direktora hökm oxundu

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəmədə

Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəmədə

İnternat məktəbinin direktoru 88 mini mənimsədi-FOTO

İnternat məktəbinin direktoru 88 mini mənimsədi-FOTO

Tələbənin ölümünə görə BDU-nun əməkdaşı cinayət məsuliyyətinə cəlb olundu

Tələbənin ölümünə görə BDU-nun əməkdaşı cinayət məsuliyyətinə cəlb olundu

Direktora cinayət işi AÇILDI

Direktora cinayət işi AÇILDI

Nazir 88 min manat mənimsəyən direktoru İŞDƏN ÇIXARDI - FOTO

Nazir 88 min manat mənimsəyən direktoru İŞDƏN ÇIXARDI - FOTO

Mənimsəmədə ittiham olunan sabiq lisey direktoru zərəri ödədi, işə xitam verildi

Mənimsəmədə ittiham olunan sabiq lisey direktoru zərəri ödədi, işə xitam verildi

Dələduz məktəb direktorunu polis nəzarətə götürdü

Dələduz məktəb direktorunu polis nəzarətə götürdü

Rüşvət alan məktəb direktoruna hökm oxunub

Rüşvət alan məktəb direktoruna hökm oxunub

AMEA əməkdaşının barəsində olan cinayət işinin istintaqı yekunlaşıb

AMEA əməkdaşının barəsində olan cinayət işinin istintaqı yekunlaşıb

Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı

Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı

Rüşvət alan direktor həbs edildi - RƏSMİ

Rüşvət alan direktor həbs edildi - RƏSMİ

Uşaq bağçasının müdirinin cinayət işindən YENİ XƏBƏR

Uşaq bağçasının müdirinin cinayət işindən YENİ XƏBƏR

BDU-da rektor müşavirini bıçaqlayan şəxs HƏBS EDİLDİ

BDU-da rektor müşavirini bıçaqlayan şəxs HƏBS EDİLDİ

Narkotik satan musiqi müəllimi həbs edildi

Narkotik satan musiqi müəllimi həbs edildi

Nərmin Quliyevanın cinayət işinin istintaqı yekunlaşdı - RƏSMİ

Nərmin Quliyevanın cinayət işinin istintaqı yekunlaşdı - RƏSMİ

Məktəb direktoru barəsində cinayət işi başlanılıb

Məktəb direktoru barəsində cinayət işi başlanılıb

Məhkəmə sabiq məktəb direktoruna hökm çıxardı

Məhkəmə sabiq məktəb direktoruna hökm çıxardı

122 min manat mənimsəyən direktor hakim qarşısına çıxarılır

122 min manat mənimsəyən direktor hakim qarşısına çıxarılır

Tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır