AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
21 fevral 2022
899


Nadir İsrafilov: Baza təhsili pedoqoji olmayanların MİQ imtahanlarına buraxılmamasında elə də bir qəbahət görmürəm.




Müəllim olmaq üçün bakalavriat kifayətdir, maqistrlər isə elmi – tədqiqat işləri üçün yetişməlidirlər.

Son günlər bakalavr ixtisası fərqli, magistr təhsili müəllimlik olanların MİQ-də iştirak edə bilməməsi, müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində baza təhsili (bakalavr) müəllimlik ixtisası olan namizədlərin ərizəsinin qəbul olunması barədə fikirlər müzakirə obyektinə çevrilib, “Baza təhsili olmayan şəxslərin MİQ imtahanlarında iştirakı mümkün deyilsə, o zaman nə üçün magistratura pilləsinə bu şəxslərin sənədləri qəbul olunub kimi suallar ortalığa atılıb.

Təhsil eksperti Nadir israfilovun məsələyə münasibətini öyrəndik:


“Təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirildiyi halda, təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər, özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli , təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar.


Təhsil haqqında Qanunun 1.0.34. maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi, 1.0.35. maddəsinə əsasən isə magistr – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. (1.0.7. bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi.) Halbuki, belə təsnifat bir çoxlarına bakalavriat təhsilinın yarımçıq, kollec, “köhnə dildə” desək texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllərdə olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib.


Həmin Qanunun 22.3.maddəsinə əsasən “Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”


Elə həmin Qanunun 22.4. madəsinə əsasən isə “Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”


İndi gəlin görək, bəhs etdiyimiz Qanunun “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” müddəsındakı qaydalar hansı səviyyədə dərəcədə müəyyən edilib, və müəyyən edilən qaydaların mexanizmi nə dərəcədə işləkdir? Hazırda bakalavriat və maqistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq.

Hesab edirəm ki, əsas baza təhsili pedoqoji olmalıdır. Yəni, baza təhsili pedoqoji olmayanların MİQ imtahanlarına buraxılmamasında elə də bir qəbahət görmürəm. Yəni, kimsə magistratura pilləsində müəllimlik ixtisası üzrə təhsil alıb, lakin bakalavr pilləsində müəllimlik üzrə təhsil almayıbsa, müəllimlərin işə qəbulu prosesində onların MİQ imtahanına buraxılmaması kimdəsə təəccüb doğurmamalıdır. Əgər, həm baza təhsili, həm də maqistratura təhsili eynidirsə onda çox gözəl. Daha konkret desək, müəllim olmaq üçün bakalavriat kifayətdir, maqistrlər isə elmi – tədqiqat, elmi-pedaqoji işləri üçün yetişməlidirlər. Çıxış yolunu isə onda görürəm ki, maqistrlara iki il əlavə təhsilinə görə iş yerləri açılmalı, ya da formallığı aradan qaldırmaq üçün, ayrılan plan yerləri məhdudlaşdırılmalıdır.”




Загрузка...
Həmçinin oxuyun:
MİQ imtahanında məhdudiyyətlər: kimlər və niyə iştirak edə bilməzlər?

MİQ imtahanında məhdudiyyətlər: kimlər və niyə iştirak edə bilməzlər?

MİQ  üzrə müsabiqəyə  sənəd qəbulu başa çatdı

MİQ üzrə müsabiqəyə sənəd qəbulu başa çatdı

Müəllimlərin işə qəbulu müsahibələrinin nəticələri AÇIQLANDI

Müəllimlərin işə qəbulu müsahibələrinin nəticələri AÇIQLANDI

Müəllimləri ən çox narahat edən MİQ-lə bağlı suallar – Ətraflı cavablar

Müəllimləri ən çox narahat edən MİQ-lə bağlı suallar – Ətraflı cavablar

Bu gündən MİQ üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılır

Bu gündən MİQ üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılır

MİQ-in müsahibə mərhələsinin nəticələri nə zaman açıqlanacaq?- Namizədlərin diqqətinə!

MİQ-in müsahibə mərhələsinin nəticələri nə zaman açıqlanacaq?- Namizədlərin diqqətinə!

Bu müəllimlər MİQ-in birbaşa vakansiya seçimində iştirak edə BİLƏR

Bu müəllimlər MİQ-in birbaşa vakansiya seçimində iştirak edə BİLƏR

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Baş Nazirdən təhsillə bağlı QƏRAR

Baş Nazirdən təhsillə bağlı QƏRAR

MİQ üzrə elektron sənəd qəbuluna başlanılır

MİQ üzrə elektron sənəd qəbuluna başlanılır

MİQ müsabiqəsindəki son dəyişikliklər – Bu il də tətbiq ediləcək?

MİQ müsabiqəsindəki son dəyişikliklər – Bu il də tətbiq ediləcək?

Tələbə qəbulunda daha bir

Tələbə qəbulunda daha bir

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

MİQ üzrə tarix və coğrafiyadan imtahan keçirilir

MİQ üzrə tarix və coğrafiyadan imtahan keçirilir

MİQ-lə bağlı sənəd qəbulu başa çatır

MİQ-lə bağlı sənəd qəbulu başa çatır

Bu şəxslərin MİQ-də iştirakına ilk dəfə olaraq icazə verildi-RƏSMİ

Bu şəxslərin MİQ-də iştirakına ilk dəfə olaraq icazə verildi-RƏSMİ

MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi  nə zaman başlayacaq?

MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi nə zaman başlayacaq?

MİQ üçün qeydiyyat sabah başa çatacaq

MİQ üçün qeydiyyat sabah başa çatacaq

Bu il məzun olacaq şəxslərdən MİQ üzrə müsabiqəyə qeydiyyat zamanı arayış tələb olunmur - Nazirlik

Bu il məzun olacaq şəxslərdən MİQ üzrə müsabiqəyə qeydiyyat zamanı arayış tələb olunmur - Nazirlik

MİQ üzrə Onlayn müsahibədə iştirak edən namizədlərin nəzərinə

MİQ üzrə Onlayn müsahibədə iştirak edən namizədlərin nəzərinə

Bunları  etsəniz MİQ-dən kənarlaşdırılacaqsınız-SƏNƏD

Bunları etsəniz MİQ-dən kənarlaşdırılacaqsınız-SƏNƏD

Kimlər universitetə imtahansız qəbul oluna biləcəklər?

Kimlər universitetə imtahansız qəbul oluna biləcəklər?

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə vakansiya nəticələri elan olunub

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə vakansiya nəticələri elan olunub

Məktəbdəki müəllimlərin 23,3 faizi niyə ali təhsilli olmadan dərs deyir?

Məktəbdəki müəllimlərin 23,3 faizi niyə ali təhsilli olmadan dərs deyir?