Dövlət qulluğu üzrə elektron xidmətlərindən istifadə edənlərin NƏZƏRİNƏ
Dövlət qulluğu üzrə elektron xidmətlərdən istifadə 7 fevral saat 18:00-dan etibarən 3 gün müddətində dayandırılacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, dayandırılmanın səbəbi mərkəzin müvafiq serverlərində aparılan köçürmə işləri ilə əlaqədardır.
Qeyd edilib ki, 21 yanvar tarixində elan edilən və hazırda qeydiyyatı davam edən daxili müsahibə elanı üçün qeydiyyat müddəti uzadılacaq və bu barədə məlumat veriləcək.