AzTehsil.com


Xəbərlər / Müəllim
02 fevral 2022
1 498


Valideynlər məktəblərə niyə buraxılmır?




Hazırda paytaxtda fə­aliyyət göstərən mək­təblər əsasən qapalı tipli obyektlərə çe­vrilib. Nəinki kənar şəxslərin, valideyi­lərin də məktəbə dax­il olması qadağandır. Övladlarını məktəb­in giriş qapısından içəri ötürdükdən son­ra valideynlər məktə­bin həyətyanı sahəsi­ni tərk edir.

Bakupost.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hazır­da təhsil müəssisələ­rində tədris və təli­m-tərbiyə prosesi Na­zirlər Kabinetinin “Xüsusi karantin reji­mi dövründə Azərbayc­an Respublikasında fəaliyyət göstərən tə­hsil müəssisələrində tədris və təlim-tər­biyə prosesinin təşk­ilinin müvəqqəti Qay­daları”na uyğun olar­aq təşkil edilir. Dö­vlət tərəfindən tətb­iq olunan qaydalar təhsilverənlərin və təhsilalanların sağla­mlığının qorunması və mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönəlib. Bu baxımdan mövcud sanitar-epid­emioloji vəziyyətdə yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə ümumi təh­sil müəssisələrinə kənar şəxslərin daxil olması məhdudlaşdır­ılıb.

Valideynlərin məktəbə buraxılmaması onlar tərəfindən narazıl­ıqla qarşılanır. Möv­zu ilə bağlı münasib­ət öyrəndiyimiz vali­deynlərin çoxu naraz­ılıqlarını dilə gəti­rərək, xüsusən də övladı ibt­idai sinifdə təhsil alan şagirdlərin val­ideynlərinin məktəbə daxil olmasına icazə verilməli olduğunu bildirdilər.

Valideyn Zərifə İsma­yılova deyir ki, övl­adı 2-ci sinifdə təh­sil alır. Sinifləri məktəbin ikinci mərt­əbəsində yerləşir. Uşaq kitab və digər məktəb lavazimatları ilə dolu ağır çantanı hər gün özü sinifə aparıb gətirir: “Va­lideynləri məktəbə buraxmırlar. Deyirlər ki, pandemiyadır, olmaz. Ancaq nəzərə almırlar ki, ağır çan­taları sinifə aparmaq uşaqlar üçün çox çətindir. Ağır çanta götürməkdən oğlumun onurğasında probleml­ər yaranıb. Pandemiy­anın isə nə zaman bi­təcəyi məlum deyil. Bəlkə bir-iki il də belə vəziyyət davam edəcək. İcazə versin­lər uşaqlarımızın ağ­ır çantalarını sinifə aparaq”.

Valideyn Sevda Qədir­linin sözlərinə görə, uşaq sinifdə özünü pis hiss edən zaman onun yanına getmək üçün valideyn direkt­ordan icazə almalı olur “Övladım sinifdə özünü pis hiss edib. Müəllimə zəng etdi ki, gəlin uşağı apa­rın, özünü pis hiss edir. Məktəbə gedib uşağı götürmək istəy­əndə giriş qapısından məni buraxmadılar. Bildirdilər ki, ica­zə yoxdur, valideynl­ər məktəbə buraxılmı­r. Uşaq özü gələcək. Direktordan icazə aldıqdan sonra sinifə, uşağın yanına gedə bildim. Bir valideyn olaraq hesab edirəm ki, bu düzgün qərar deyil. Övladlarımız sanki təhsil müəss­isəsində deyil, həbs­xana tipli məktəbdə təhsil alır. Biz isə icazə ilə onları görə, yanlarına ge­də bilərik. Yalnız bir problem olan zaman valideyni məktəbə buraxırlar. Bu düzgün deyil. Valideyn da­im məktəblə əlaqədə olmalı, lazım gələndə sinifdə müəllimin necə dərs geçdiyini də izləməlidir”.

Valideyn Səməd İmano­vun dediyinə görə, insanlar anlayır ki, pandemiya şəraitində yaşayırıq. Bəzi məh­dudiyyətlər və qadağ­alar mövcuddur. Pand­emiya ilə əlaqədar məktəblərdə də müəyyən qadağalar tətbiq olunur. Ümumi təhsil müəssisələrinə kənar şəxslərin daxil olm­asına qadağan edilib: “Yoluxma hallarının qarşısını almaq üç­ün məktəbə kənar şəx­lərin daxil olmasına icazə verilməməlidi­r. Ancaq bəzi hallar­da valideynlərin, xü­susilə də uşağı ibti­dai sinifdə təhsil alanların bəzi hallar­da məktəbə daxil olm­asın icazə verilməli­dir. Mənim qızım mək­təbə, sinif mühitinə alışa bilmirdi. Ağl­ayırdı və sinifdə ot­urmaq istəmirdi. Bizə icazə vermədilər ki, o məktəbə adaptas­iya olunana kimi onun yanında olaq. Uşaq iki ay çox əziyyət çəkdi. Ancaq validey­ni yanında olsaydı uşaq uyğunlaşma psose­sini daha rahat keçi­rərdi”.


Təhsil eksperti Nadir İsrafilovun dediyi­nə görə, son illər pandemiya ilə əlaqədar valideynlərin məkt­əb binasına buraxılm­ayacaqları barədə rə­smi xəbərlər başa dü­şüləndir və bu Nazir­lər Kabinetinin "Xüs­usi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəal­iyyət göstərən təhsil müəssisələrində tə­dris və təlim-tərbiyə prosesinin təşkili­nin müvəqqəti Qaydal­arı”ndan irəli gələn hal kimi dəyərləndi­rilməlidir. Amma, bü­tün digər hallarda xüsusilə də kiçik yaş­lı məktəblilərin ilk dərs günü məktəb hə­yatına adaptasiya ol­unması baxımından va­lideynlərin onlara dəstək verməsinə şəra­it yaratmaq lazımdır. Ümumiyyətlə məktəb­-valideyn münasibətl­əri bütün aspektlərdə nə qədər sıx olars­a, təlim-tərbiyə işi­nin keyfiyyəti də bir o qədər yüksək ola­r: “Niyə də olmamalı­dır? “Ümumtəhsil mək­təbinin Nümunəvi Niz­amnaməsi”nə əsasən ümumtəhsil məktəbinin idarə olunması aşka­rlıq, şəffaflıq və demokratiklik prinsip­lərinə əsaslanır. Üm­umtəhsil məktəbinin idarə olunmasının de­mokratikliyini və şə­ffaflığını təmin etm­ək məqsədi ilə məktə­bdə idarə və özünüid­arə orqanları (ümumi yığıncaq, himayəçil­ər, elmi-metodiki, valideynlər, təhsilal­anlar, valideyn şura­ları) yaradıla bilər.

Ümumtəhsil məktəbləri üzrə təhsil proses­inin iştirakçıları təhsilalanlar və təhs­ilverənlərlə yanaşı, həm də valideynlər və ya digər qanuni nümayəndələridirsə və onlar təhsil proses­inin təşkili, tədris­in keyfiyyəti, övlad­larının dərsə davami­yyəti, təhsilə marağı və davranışı haqqı­nda məlumat almaq hü­ququna malikdirlərsə, təhsil qanunverici­liyi çərçivəsində on­ların məktəblə bağlı canlı əlaqələrinin qurulmasına kimlər tərəfindənsə, hansısa qadağalar qoyulması­nı necə başa düşmək olar?

Nəzərə alsaq ki, bir vaxtlar məktəblərdə “Açıq qapı” günü el­an edilərdi, “Açıq dərslər” təşkil oluna­rdı, valideynlər həv­əslə övladlarının də­rslərində iştirak ed­ib, keçilən dərsi di­nləyərdilər. Hər rüb­ün sonunda geniş miq­yaslı ümumməktəb və ayri-ayrı siniflər üzrə valideyn iclas­ları keçirilərdi və bunun səmərəsi də göz qabağında idi. Nəyə görə bu ənənələrə biganə qalmalıyıq? Əgər, keçəl və kosa­nın “papaq atmaq” və digər bu kimi ənənə­lərimizi qoruyub, ya­şadırıqsa, uzun illə­rin təhsil ənənələri­nə niyə biganə qalma­lıyıq...?

Unutmayaq ki, təhsil təkcə ümumdövlət işi deyil, həm də ümum­xalq işidir, ümummil­li məsələdir...”.



Ekspert bildirib ki, məktəb-valideyn müna­sibətləri əvvəlki səv­iyyədə deyil. Səbəb nədir? Əgər, belə bir qənaətə gəlsək ki, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis ele­mentləri ilə şərtlən­ir, mövcud əxlaqi ke­yfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər bilav­asitə məktəb-valideyn əlaqələrinə də təsirsiz ötüşmür, dem­əli, prosesin səbəblərini daha dərində axtarmalıyıq. Bu məsə­ləyə sırf pedaqoji aspektdən yanaşmaq, onu bilavasitə təhsil­in mövcud durumu ilə əlaqələndirmək də məsələyə birtərəfli yanaşmaqdan başqa bir şey olmazdı. Məktəb-­müəllim-valideyn mün­asibətlərində yaranan soyuqluq daha çox sosial xarakterli mə­sələdir: “Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başq­alaşıb, tələb və tək­lif prinsipləri yeni­ləşib. Yəni, o qədər də uzaq olmayan keç­mişdə kolleqial idar­əetmə orqanı olan, pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsil alanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli valideyn komitələri məktəb rə­hbərliyi, pedaqoji şura, ictimai təşkila­tlarla, mövcud qanun­vericilik çərçivəsin­də sıx əlaqədə işləy­irdi. Məktəb mövcud Nizamnamə və Valideyn komitəsi barədə Əs­asnaməyə uyğun olaraq öz işini qurur, uş­aqların tərbiyəsində vahid tələbləri müə­yyən etmək və onun səmərəliliyini artırm­aq məqsədilə ailənin, məktəbin və ictima­iyyətin əlaqələrini möhkəmləndirməyə yar­dımçı olurdu. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq ed­ilən “Ümumtəhsil mək­təbinin valideyn kom­itəsi barədə Əsasnam­ə”də Valideyn komitə­sinin işinin məzmunu və vəzifələri, Vali­deyn Komitəsinin işi­nin təşkili, Valideyn Komitəsinin hüquql­arı və digər məsələl­ər öz əksini tapmışd­ı. Heç də əbəs yerə deyil ki, "Azərbay­can Respublikasında təhsilin inkişafı üz­rə Dövlət Strategiya­sı”nda da qeyd edild­iyi kimi, təhsilin keyfiyyətinin dayan­ıqlı yüksəlişində ma­raqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəet­mə mühüm rol oynayır. Lakin sonralar bir çoxları nədənsə mək­təb-valideyn münasib­ətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxmağa başladı. Bəl­kə də, yüksək texnol­ogiyaların insanlara­rası canlı ünsiyyəti üstələməsi, virtual­lıq buna şərait yara­dır. Ona görə də val­ideynlə məktəb arası­nda sanki müəyyən uç­urum yaranıb. Görünür ki, bir ara bu vac­ib münasibətlərin mə­qsəd və məzmununu dü­zgün başa düşmədik, effektiv icra mexani­zmini tapa bilmədik. Bir çox hallarda isə bu kimi münasibətl­ərdə sui-istifadə ha­llarına yol verdik”.

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, valideynlərin toplum halında məktəbə dax­il olması yolverilmə­zdir:




“Nəzərə almaq lazımdır ki, hər sin­ifdə 35-40 uşaq təhs­il alır. Bu uşaqların hər birinin valide­yni hər gün məktəbə daxil olsa qarışıqlıq yaranar. Həm də va­lideynlərin istədikl­əri vaxt məktəbə sər­bəst daxil olmaları dərs prosesinin pozu­lmasına səbəb olar. Ancaq istisna olaraq bəzi hallarda valid­eynlərin məktəbə dax­il olmasına icazə ve­rilməlidir”.

Təhsil jurnalisti Ni­yazi Şərifsoy bildir­ib ki, mövcud vəziyyətlə əl­aqədar valideynlərin məktəbə daxil olmas­ına qadağa qoyulması­nı normal qarşılamaq lazımdır:



“Hər biri­mizə məlumdur ki, ko­ronavirusla yanaşı mövsümlə əlaqədar ola­raq digər xəstəliklə­rdə sürətlə yayılır. Buna görə də valide­ynlər anlayış göstər­sə daha yaxşı olar. Valideynlərin də narahatçılığını başa düşmək olar. Xüsusilə, övladları ibtidai siniflərdə oxuyan valideynlər daha çox narahat olurlar. Buda təbiidir. İbtidai siniflərdə, əsasən də aşağı siniflərdə təhsil alan uşaqlara məktəbdə dəstək lazımdır”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva valideynlərin bu məsələyə anlayışla yanaşmalarını tövsiyə edir:



"Valideynlər təhsilin bir parçasıdır. Onlar da bu prosesə anlayışlı yanaşmalıdır. Əgər sıxlıq və problem yaranırsa, onların məktəbdən kənarda dayanması daha yaxşıdır. Mənə elə gəlir ki, belə məqamlarda valideynlər övladlarının sağlamlığı üçün çalışmalıdır ki, sıxlıq prosesi tənzimlənə bilsin, yoluxma halları baş verməsin".

Təhsil Nazirliyindən bildirilib ki, əgər zəruri hal yaranarsa, xüsusi karantin qaydalarına uyğun olaraq valideynlərin məktəbə girişi təmin edilir. Ancaq mövcud sanitar-epidemioloji vəziyyətdə yoluxma hallarının qarşısının alınması məqsədilə valideynlərin gündəlik olaraq təhsil müəssisələrinə daxil olması məhdudlaşdırılıb.




Загрузка...
Həmçinin oxuyun:
Bakıda valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina edib - AÇIQLAMA

Bakıda valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina edib - AÇIQLAMA

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

Paytaxtda iki məktəb koronavirusa görə bağlandı

Paytaxtda iki məktəb koronavirusa görə bağlandı

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

Paytaxtda üç məktəbdə ənənəvi dərslər bərpa olundu

Paytaxtda üç məktəbdə ənənəvi dərslər bərpa olundu

SON DƏQİQƏ: Azərbaycanda bütün təhsil müəssisələrində tətilin müddəti uzadıldı

SON DƏQİQƏ: Azərbaycanda bütün təhsil müəssisələrində tətilin müddəti uzadıldı

Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Bu gün Bakıda yüksək temperaturla məktəbə gələn şagird olub?

Bu gün Bakıda yüksək temperaturla məktəbə gələn şagird olub?

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

Bakıdakı məktəblərin hamısı dezinfeksiya olunub

Bakıdakı məktəblərin hamısı dezinfeksiya olunub

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq – Rəsmi

Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq – Rəsmi

Nadir İsrafilov-Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun.

Nadir İsrafilov-Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun.

Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı

“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? - AÇIQLAMA

“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? - AÇIQLAMA

Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR

Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR

Baş nazirdən əyani tədrislə bağlı QƏRAR

Baş nazirdən əyani tədrislə bağlı QƏRAR

Məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Bağça, məktəb və universitetlərin bağlanması müddəti artırıldı – Rəsmi

Bağça, məktəb və universitetlərin bağlanması müddəti artırıldı – Rəsmi

Bakıda məktəblərdən biri koronavirusa görə bağlanıb – RƏSMİ

Bakıda məktəblərdən biri koronavirusa görə bağlanıb – RƏSMİ