COVID-19-a yoluxan şagirdlərin sayı məlum olub
Yanvarın 23-nə olan məlumata görə ölkədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində oxuyan 161 şagird koronavirusa yoluxub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həmin müddət üçün COVID-19-a yoluxan işçi heyətin sayı isə 73 olub.