Xəbərlər / Saglam həyat
12 dekabr 2021
523

Ürəyin sağlam qalmasına xidmət edən 10 ən yaxşı bənövşəyi rəngli qida - SİYAHI


Ürəyin sağlamlığına, yaddaş və idrak funksiyasına müsbət təsir edən 10 müxtəlif meyvə və tərəvəz var ki, onların hamısının ümumi bir rəngi var.


Mütəxəssislər iddia edir ki, sağlamlığı yaxşılaşdırmaq üçün qida rasionuna bənövşəyi rəngli qidaları daxil etmək lazımdır.


Bənövşəyi rəngli tərəvəz və meyvələrdə spesifik xüsusiyyətlərə malik, immun sisteminin vəziyyətinə yaxşı təsir göstərən antosiyaninlər var.


Bu maddələr qan damarlarının divarlarını gücləndirir, həmçinin insultun inkişafına mane olurlar.


Bu maddələrlə zəngin qida yeyənlərin infarkt keçirmə ehtimalı, yeməyənlərlə nisbətən 32 faiz az olur.


Bu rəngdə olan qidaların başqa bir xüsusiyyəti idrak funksiyasına müsbət təsir göstərən polifenolların çox olmasıdır.


Bənövşəyi rəngli qidalar yaddaşı yaxşılaşdırmağa, insanı daha aydın və sakit düşünməyə kömək edə bilər.


Üstəlik, bu qida görmə qabiliyyətini yaxşılaşdıra və beyin fəaliyyətini artıra bilər.


Tövsiyə olunan bənövşəyi qidalar:


Tünd üzüm


Böyürtkən


Qaragilə


Qara qarağat


Əncir


Gavalı


Qırmızı soğan


Yemişanın giləmeyvələri


Qırmızı reyhan


Badımcan


Mənbə: Doctorpiter.ru



Загрузка...
loading...