Müəllimlər bu hüquqlarından xəbərsizdirlər – Təhsil qanunvericiliyi
Təhsilverənlərin hüquqlarının qorunması və inkişaf etdirilməsi tədris sistemində vacib məsələlərdən biridir.
Bəs təhsilverənlər hansı hüquqlara sahibdir:
Normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq tədris prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək;
Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, metodik vəsaitlərlə təmin olunmaq;
Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
Təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;
Yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;
Müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;
Təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq;
Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.AzEdu.az