Nəzarətçilərin elektron qeydiyyatı sistemi noyabrın 19-dan dekabrın 10-dək aktiv olacaq
Nəzarətçilərin elektron qeydiyyatı sistemi ilə işləyəcək əlaqələndiriciləri üçün treninq keçirilib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, treninqdə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, həmçinin qeyd olunan şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının ümumi təhsil müəssisələrinin əlaqələndiriciləri və Dövlət İmtahan Mərkəzinin regional bölmə mərkəzlərinin məsul şəxsləri iştirak ediblər. Treninqlər eyni qaydada regional bölmə mərkəzlərinin məsul şəxsləri tərəfindən həmin mərkəzlərə daxil olan rayonların əlaqələndirciləri üçün də keçiriləcək.
Əlaqələndiricilərə nəzarətçilərin elektron qeydiyyatı sisteminin strukturu, funksiyaları, sistemlə işləmək qaydaları haqqında, bazaya daxil edilmiş nəzarətçi-müəllimlərin şəxsi və digər zəruri (təhsil səviyyəsi, ixtisası və təhsillə bağlı digər informasiyalar, sosial sığorta və bank rekvizitləri haqqında və s.) məlumatlarının daxil edilməsi və dəqiqləşdirilməsi, yeni nəzarətçilərin qeydiyyatının aparılması və əmək müqavilələrinin bağlanılması qaydaları barədə ətraflı məlumat verilib.
Nəzarətçilərin elektron qeydiyyatı sistemində, həmçinin zal nəzarətçilərinə şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə öz məlumatlarını fərdi qaydada təsdiq etmək imkanı yaradılıb. Qeyd edək ki, cari bazada 16000-dən çox zal nəzarətçisi var.
Qeyd edək ki, bu sistem ümumi təhsil müəssisələrindən test imtahanlarına cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə yaradılıb. Ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici “Şəxsi kabinet”inin istifadəçi adı və şifri ilə məktəb üzrə zal nəzarətçiləri bazasına daxil olur, mövcud nəzarətçilər bazasında onların zəruri məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır, müqavilələr bağlayır və məktəb üzrə ümumi siyahını təsdiq edərək DİM-ə təqdim edir.
DİM 4000-ə yaxın müəllimi qəbul imtahanlarına hazırlayır
Göstəriciləri qənaətbəxş olmayan müəllimlər məşğələlərə CƏLB EDİLƏCƏK
Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında növbəti videokonfrans keçirilib
İmtahanlarda iştirak edəcək 5 minə yaxın müəllimə treninq keçilib
Bu uşaqlar məktəbəhazırlıq qruplarına qəbul olunmayacaq
Rəhbər vəzifədə işləmək istəyənlərin - NƏZƏRİNƏ
DİM abituriyent məsləhət mərkəzlərinin fəaliyyət dairəsini genişləndirir
I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər
Noyabrın 1-dən şagirdlərin sayı “Şagird-məzun” sisteminə daxil ediləcək
Məleykə Abbaszadə Mingəçevirdə vətəndaşlarla görüşəcək
VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ
Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadılıb
Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?
Müraciətçilərin çox olduğu bəzi məktəblərdə valideynlər bunu etsinlər
Subbakalavrların elektron ərizələrin təsdiqi müddəti uzadılıb
Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Ağdaşda vətəndaşları qəbul edəcək
Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı
Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...
Kolleclərə əlavə yerləşdirmə ilə bağlı abituriyentlərin qeydiyyatı başladı
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır
Köçkün məktəblərinə qəbul ilk dəfə elektron sistemlə aparılacaq