Gürcüstanda 12-15 yaşlı yeniyetmələrə koronavirus peyvəndi vurulacaq
Gürcüstanda yeniyetmələr koronavirusa qarşı peyvənd olunacaq.
Gürcüstanda 12 yaşdan 15 yaşa qədər olan yeniyetmələrin koronavirusa qarşı peyvənd edilməsinə icazə verilib.
Bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib.
Onun sözlərinə görə, İmmunlaşdırma Şurası valideynlərin razılığı ilə bu yaş qrupundakı şəxslərin iki doza “Pfizer” peyvəndi ilə vaksinasiyasını dəstəkləyib.
Mənbə: Sputnik Gürcüstan