Abşeronda məktəbdə kütləvi yoluxma var? - AÇIQLAMA
Abşeron rayonunun Saray qəsəbəsində 1 nömrəli tam orta məktəbdə sanitariya-epidemioloji vəziyyətin sabit olmaması iddia edilib.
Bu barədə Oxu.Az-a həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.
Bildirilib ki, məktəbdə koronavirus yayılsa da, dərslər distant formaya keçirilmir.
Abşeron Rayon Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Saray qəsəbəsi 1 nömrəli tam orta məktəb ilə bağlı iddiaların əsası yoxdur:
“Məktəbdə sanitariya-epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır. Hazırda yalnız 1 ibtidai sinif distant təhsilə cəlb edilib. Digər siniflərdə dərslər əyani qaydada davam edir”.