AzTehsil.com


Xəbərlər
30 oktyabr 2021
1 342


ÜST-dən məktəblərin bağlanmasına reaksiya: Elm siyasətdən üstün olmalıdır




Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu bütün qitədəki səlahiyyətliləri COVID-19-un yayılmasına qarşı profilaktik və məhdudlaşdırıcı tədbirlər görərkən məktəbləri bağlamamağa çağırır.

Qeyd edilir ki, ardıcıl dörd həftə ərzində Avropada – yeganə ÜST regionu – koronavirus infeksiyasının (oktyabrın üçüncü həftəsində qlobal miqyasda bütün yeni yoluxma hallarının 57 %-i) ötürülməsində artım müşahidə edib.

“Keçən həftə qışın yaxınlaşması ilə Avropa regionu ölkələrinin yarıdan çoxu bütün yaş qruplarında COVID-19-a yoluxma nisbətlərinin nəzərəçarpacaq dərəcədə artdığını bildirdi”, – deyə hesabatda qeyd edilir. Bu fonda 45 ölkə və ərazi məktəbləri ənənəvi təhsil üçün açıq saxlamağı tövsiyə edir, yeddi ölkə məktəblərin tam və ya qismən bağlanmasına, iki ölkə isə distant təhsilə üstünlük verir.


Vurğulanır ki, uşaqların təhsilində fasilə son çarə olmalıdır.


“Keçən il milyonlarla uşaq və yeniyetmənin təhsilini yarımçıq qoyan məktəblərin geniş şəkildə bağlanması, xüsusən də uşaqların psixi və sosial rifahına xeyirdən çox zərər vurdu. Biz eyni səhvləri təkrarlaya bilmərik”, – deyə qrumun rəhbəri Hans Kluge şərh edib.

ÜST məktəbləri bağlamaq əvəzinə, fiziki məsafə, əllərin tez-tez yuyulması, maskaların taxılması, sinif otaqlarının ventilyasiyası və xüsusən də yüksək yayılma şəraitində testlərin artırılması da daxil olmaqla geniş spektrli tədbirləri tövsiyə edir:

“Önümüzdəki aylarda COVID-19-un təsirini azaltmaq üçün həm hökumətlərin, həm də ictimaiyyətin qərarlarının epidemioloji vəziyyətin dəyişə biləcəyini və onunla birlikdə davranışımızın da dəyişməli olduğunu əsas götürərək, məlumat və sübutlara əsaslanması çox vacibdir. Elm siyasətdən üstün olmalı, xüsusən də bir neçə ölkədə yoluxma hallarının artdığı bir vaxtda uşaqların uzunmüddətli maraqları prioritet olaraq qalmalıdır.

Bizim bu problemi həll etmək üçün məktəbləri bağlamaqdan daha effektli vasitələrimiz var”.

Mənbə: TASS




Загрузка...
Həmçinin oxuyun:
ÜST: Koronavirusdan ölümlər artıb

ÜST: Koronavirusdan ölümlər artıb

ÜST-dən məktəblərlə bağlı gözlənilməz açıqlama

ÜST-dən məktəblərlə bağlı gözlənilməz açıqlama

Koronavirusa yoluxma azalır - ÜST-dən ŞAD XƏBƏR

Koronavirusa yoluxma azalır - ÜST-dən ŞAD XƏBƏR

ÜST nümayəndəsi: Qarşıdakı 3 ay çox kritikdir

ÜST nümayəndəsi: Qarşıdakı 3 ay çox kritikdir

ÜST-dən koronavirusun yeni növləri barədə XƏBƏRDARLIQ

ÜST-dən koronavirusun yeni növləri barədə XƏBƏRDARLIQ

ÜST-dən peyvənd pasportlarına dair QƏRAR

ÜST-dən peyvənd pasportlarına dair QƏRAR

ÜST-dən XƏBƏRDARLIQ: “Koronavirusa yoluxma halları 3 qat sürətlənib”

ÜST-dən XƏBƏRDARLIQ: “Koronavirusa yoluxma halları 3 qat sürətlənib”

ÜST: “Peyvəndin üçüncü dozasının faydası və təhlükəsizliyi təsdiq edilməyib”

ÜST: “Peyvəndin üçüncü dozasının faydası və təhlükəsizliyi təsdiq edilməyib”

ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR

ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR

ÜST COVID-19-un uşaqlar arasında nəticələrini “fəlakətli” adlandırdı

ÜST COVID-19-un uşaqlar arasında nəticələrini “fəlakətli” adlandırdı

ÜST-dən xəbərdarlıq: Koronavirus pandemiyası uzun müddət davam edəcək

ÜST-dən xəbərdarlıq: Koronavirus pandemiyası uzun müddət davam edəcək

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? - ÜST-dən sevindirici açıqlama

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? - ÜST-dən sevindirici açıqlama

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? - ÜST nikbin açıqlama

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? - ÜST nikbin açıqlama

Məktəblərin açıq qalması çox vacib olduğu üçün 12 yaşdan yuxarı yeniyetmələrin peyvənd olunması lazımdır

Məktəblərin açıq qalması çox vacib olduğu üçün 12 yaşdan yuxarı yeniyetmələrin peyvənd olunması lazımdır

ÜST-dən bədbin proqnoz: Koronavirusa qarşı peyvənd...

ÜST-dən bədbin proqnoz: Koronavirusa qarşı peyvənd...

Bir sıra dünya ölkələri qlobal pandemiyanı dayandırmaq məqsədilə təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib

Bir sıra dünya ölkələri qlobal pandemiyanı dayandırmaq məqsədilə təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib

ÜST rəhbəri yeni təhlükəli virusun yaranacağını açıqladı

ÜST rəhbəri yeni təhlükəli virusun yaranacağını açıqladı

ÜST-dən şad xəbər: “Pandemiya nə zaman başa çatır?”

ÜST-dən şad xəbər: “Pandemiya nə zaman başa çatır?”

Bu il məktəblər açılmaya bilər - ÜST rəsmisi bəyan etdi

Bu il məktəblər açılmaya bilər - ÜST rəsmisi bəyan etdi

Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə

Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə

Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ

Pandemiya nə vaxt bitəcək? - Hamının gözlədiyi suala cavab gəldi

Pandemiya nə vaxt bitəcək? - Hamının gözlədiyi suala cavab gəldi

ÜST: “Koronavirusdan ölüm sayı göstəriləndən dəfələrlə çoxdur”

ÜST: “Koronavirusdan ölüm sayı göstəriləndən dəfələrlə çoxdur”

ÜST uşaqların da peyvənd edilməsinə icazə verdi

ÜST uşaqların da peyvənd edilməsinə icazə verdi