Rəşad Mahmudov: “Müvəqqəti olaraq məktəblərin bağlanması gündəmə gələ bilər” – VİDEO
“Payız hər zaman virus və yuxarı tənəffüs yollarının xəstəlikləri üçün təhlükəli dönəm hesab olunur. Düşünürəm ki, bugünkü 2000 rəqəmi yeni dalğa deyil, virusun təbii göstəricisidir”.
Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlama verən millət vəkili, həkim Rəşad Mahmudov deyib.
O bildirib ki, dekabrda yoluxma sayı daha da artacaq:
“Ötən il dalğadan əvvəl günlük yoluxma 200 nəfər olan zaman payızda 5 000 rəqəmini gördük. Hazırda isə adi halda rəqəm iki mindirsə, noyabrın sonu, dekabrın əvvəlində ola biləcək yüksək göstəricilərə, hətta 15-20 mini keçəcək rəqəmlərə hər bir ölkə hazırlıqlı olmalıdır. Bunu mənfi xəbər kimi qəbul etməməliyik. Düzdür, məktəblərin açılması virusun yayılması üçün şərait yaradır. Yoluxmalar olduqca, lokal qapanmalar ola bilər. Ölkə səhiyyəsi nəzarətdən çıxacaq səviyyəyə gəldiyi zaman isə müvəqqəti olaraq məktəblərin bağlanması gündəmə gələ bilər”.
VİDEO:
https://www.youtube.com/watch?v=UxjXvXEZZEo&feature=emb_logo