AzTehsil.com


Xəbərlər / Müəllim
19 oktyabr 2021
1 191


“Tədrisdə yenidən qapanmaya getmək ciddi fəsadlar yaradacaq” - Ekspert



“Tədrisdə yenidən qapanmaya getmək ciddi fəsadlar yaradacaq” - Ekspert

 

"Əslində, payız mövsümündə xəstələnmə adi haldır. Lakin hərarəti olan, öskürən hər adamı koronaviruslu hesab etmək olmaz”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Təhsil eksperti Kamran Əsədov söyləyib. 

"Bu gün Azərbaycanda fəaliyyət göstərən 4435 məktəbdə 85.626 sinif var. Sentyabrın 22-də ənənəvi tədris bərpa olunandan sonra 280-ə yaxın sinif və 4 məktəb COVİD-19-a yoluxma faktına görə distant təhsilə keçib. Distant təhsilə keçən siniflərin sayı 0.4 faiz ətrafındadır. Artıq ali və orta ixtisas təhsili müəssisələrində də 14 günlük distant təhsilə keçid edən qruplar var.

2019-cu ilin eyni dövrünün rəsmi rəqəmlərinə baxaq. Eyni dövrdə 33.897 azyaşlı uşaqda qrip, yuxarı nəfəs yollarının infeksiyası, angina, sətəlcəm, bakterial dizinteriya və s xəstəliyinə yoluxub. Təəssüf ki, 2019-cu ildə bu və ya digər xəstəliklərdən vəfat etmiş məktəblilər də olub”, - deyə ekspert sözünə davam edib. 

Ekspert əksəriyyətin onlayn təhsilə qayıtmaq istədiyini bildirib:

"Sentyabrın 22-nə qədər hər kəs təhsil naziri Emin Əmirullayevin sosial şəbəkə hesablarına yazırdı ki, ənənəvi dərslər bərpa edilsin. İndi isə tam əksi baş verir. Böyük əksəriyyət tədrisin onlayn rejimdə davam etməsi ilə bağlı müraciətlər edirlər. Çünki hər birimiz gündəlik həyatda görür ki, pandemiya dövrünün qaydalarına riayət olunmur. Nə ictimai nəqliyyatda, nə restoran və əyləncə mərkəzlərində, nə küçə və parklarda ara məsafə, dezinfeksiya tədbirləri görülmür. Zoopark açılandan sonra günlük onlayn bilet satışı min ədəd nəzərdə tutulub. Amma təkcə Şənbə və Bazar günləri zooparka gedənlərin sayı 5 min nəfərə çatıb. "İpone 13” mobil telefonu satışa çıxarılan gün dükanda olan sıxlığı müşahidə etdik. Həmən dükanlara girənlərin sayı 1200-nəfərdən çox olub”.

Kamran Əsədovun sözlərinə görə, təhsil müəssisələrində 1.6 milyon şagird, 250 min tələbə, 180 min müəllim və digər texniki işçilər hər gün yoxlanılmaya cəlb edilir, xəstəlik əlaməti müşahidə olunan şəxslər müəssisədən təcrid olunur:

"Amma onlayn dərslərə qoşulma zamanı alətləri olmayan 500 mindən çox şagird və tələbə tədrisdən kənarda qalacaq. Onlayn-distant dərsləri tələb edənlərin böyük əksəriyyəti mövcud vəziyyətdən sui-istifadə etmək istəyənlərdir. Bu, ölkə üçün virusdan daha təhlükəlidir”.

Çıxış yolu kimi təklif edirəm ki, aşağıdakı təhsil alma formalarından istifadə olunsun: birincisi, əyani tədris qalsın; ikincisi, kim istəmirsə, online-distant tədrisə keçsin. Amma "Microsoft Teams” platformasında, kamera və mikrafonun söndürülməsi yolu ilə yox. Daha sərt nəzarət, ciddi şəkildə tədris, heç bir güzəşt olmadan. Ən azı BDU-dakı BLACKBOARD proqramı ilə”.



Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət nə yerdədir? - AÇIQLAMA

Məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət nə yerdədir? - AÇIQLAMA

Bakıda daha iki sinif distant təhsilə keçib

Bakıda daha iki sinif distant təhsilə keçib

Siniflər bir-bir bağlanır... - Azərbaycanda məktəblər yenidən qapanmaya gedir?

Siniflər bir-bir bağlanır... - Azərbaycanda məktəblər yenidən qapanmaya gedir?

Azərbaycanda neçə məktəb koronavirusa görə bağlanıb? - RƏSMİ

Azərbaycanda neçə məktəb koronavirusa görə bağlanıb? - RƏSMİ

Daha 13 məktəblidə koronavirus aşkarlandı

Daha 13 məktəblidə koronavirus aşkarlandı

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq - Ekspertdən AÇIQLAMA

Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq - Ekspertdən AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Dərslər 15 sentyabrda başlaya bilər? - “Onlayn təhsil baş aldatmaqdır”

Dərslər 15 sentyabrda başlaya bilər? - “Onlayn təhsil baş aldatmaqdır”

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Yaxın günlərdə yenidən online təhsilə qayıda bilərik - Məktəblərdə yoluxma sürətlə artır

Yaxın günlərdə yenidən online təhsilə qayıda bilərik - Məktəblərdə yoluxma sürətlə artır

Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Lənkəranda koronavirusa görə 2 şagird distant təhsilə keçirilib

Lənkəranda koronavirusa görə 2 şagird distant təhsilə keçirilib

Bir məktəbdə 15 sinif distant təhsilə keçib

Bir məktəbdə 15 sinif distant təhsilə keçib

Bakı məktəblərində uşaqlar arasında yayılan xəstəlik nədir?

Bakı məktəblərində uşaqlar arasında yayılan xəstəlik nədir?

2 məktəb karonavirusa görə distant təhsilə keçib

2 məktəb karonavirusa görə distant təhsilə keçib

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

Məktəblər bağlanır? - Təhsil Nazirliyi RƏSMİ CAVAB VERDİ

Məktəblər bağlanır? - Təhsil Nazirliyi RƏSMİ CAVAB VERDİ

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi təhsil hazırki təhsildən daha vacibdir

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi təhsil hazırki təhsildən daha vacibdir

Daha bir məktəb distant təhsilə keçib

Daha bir məktəb distant təhsilə keçib

Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”

Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”