AzTehsil.com


Xəbərlər / Müəllim
23 sentyabr 2021
3 288


Ceyhun Məmmədov: Məktəblərdə şənbə günləri əlavə dərslər salınsın



 

"Sentyabrın 22-də Azərbaycanda ümumi təhsil müəssisələrində tədris başladı. Pandemiya şəraitində təhsilin davamlı və ənənəvi olmasını təmin etmək üçün ilk növbədə çalışmalıyıq ki, koronavirusa yoluxmalar olmasın”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Baş nazir Əli Əsədovun sentyabrın 22-də imzaladığı qərarla "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” müəyyənləşib.

C. Məmmədov həmin qərarın məktəblərdə yoluxmanın aradan qaldırılmasına hesablandığını bildirib, bununla belə əlavə edib ki, maksimum şəkildə ehtiyatlı olmaq lazımdır.

"Çünki yoluxmaların sayının artma ehtimalı ola bilər. Çalışmalıyıq ki, vaksinasiyadan keçməyən şəxslər peyvənd olunsun və müəyyənləşdirilən gigiyenik qaydalara, normalara hər kəs əməl etsin”, – deyə C. Məmmədov əlavə edib.

Millət vəkili təhsilin, tədrisin yüksək səviyyədə qurulmasının vacibliyini də vurğulayıb.

Onun sözlərinə görə, pandemiya zamanı təhsildə itirdiklərimizi bərpa etməliyik.

"Bu, bir reallıqdır ki, bizim ötən il təhsildə müəyyən itkilərimiz oldu. Bu itkilərin bərpası üçün biz maksimum çalışmalıyıq”, – deyən C.Məmmədov təklif də səsləndirib:

"Məsələn, şənbə günlərində əlavə dərs saatları salına bilər. Mən şənbə günü tədrisin olması ilə bağlı ümumi tətbiqdən söz açmıram, sadəcə əlavə dərslərin salınmasını təklif edirəm”.

O, təhsil müəssisələrində müəllim və şagirdlərin davamiyyətinin yüksək səviyyədə olmasının vacibliyini də dilə gətirib.

Bu il ölkə üzrə təhsil müəssisələrində əyani tədris karantin rejiminə əsasən, l-IV siniflər üzrə 22 sentyabr tarixindən, V-XI siniflər üzrə və ali təhsil müəssisələrində isə 29 sentyabr tarixindən başlayır.

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Sentyabrın 29-da isə ali məktəblərdə tədris başlayır.



Загрузка...
Həmçinin oxuyun:
V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

Baş nazirdən əyani tədrislə bağlı QƏRAR

Baş nazirdən əyani tədrislə bağlı QƏRAR

Bu il birinci sinfə gedəcək uşaqların sayı AÇIQLANDI

Bu il birinci sinfə gedəcək uşaqların sayı AÇIQLANDI

Bakıda bəzi məktəblərdə dərslər başladı

Bakıda bəzi məktəblərdə dərslər başladı

Neçə valideyn övladını məktəbə göndərməkdən imtina edib? - AÇIQLAMA

Neçə valideyn övladını məktəbə göndərməkdən imtina edib? - AÇIQLAMA

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

2019-2020-ci tədris ilində 1 525 016 şagirdin təhsil alacağı proqnozlaşdırılır

2019-2020-ci tədris ilində 1 525 016 şagirdin təhsil alacağı proqnozlaşdırılır

164 mindən çox şagird I sinfə gedir

164 mindən çox şagird I sinfə gedir

Yeni tədris ili üçün məktəblərin və şagirdlərin sayı açıqlandı

Yeni tədris ili üçün məktəblərin və şagirdlərin sayı açıqlandı

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi təhsil hazırki təhsildən daha vacibdir

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi təhsil hazırki təhsildən daha vacibdir

Azərbaycanda orta və ali məktəblərdə əyani dərslərin başlama vaxtı AÇIQLANDI

Azərbaycanda orta və ali məktəblərdə əyani dərslərin başlama vaxtı AÇIQLANDI

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Bu gün Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günüdür

Sədr müavini  -”Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin”

Sədr müavini -”Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin”

Pandemiya dövründə tədrisin təşkili

Pandemiya dövründə tədrisin təşkili

Nadir İsrafilov-Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun.

Nadir İsrafilov-Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun.

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Bakıda 1 müəllimdə koronavirus aşkarlanıb, 2 şagird özünütəcridə keçirilib

Bakıda 1 müəllimdə koronavirus aşkarlanıb, 2 şagird özünütəcridə keçirilib

Bu gün məktəblərdə “Son zəng”dir

Bu gün məktəblərdə “Son zəng”dir