AzTehsil.com


Xəbərlər
10 sentyabr 2021
1 086


Soyad sonluqlarını necə dəyişmək, OV-YEV-dən necə qurtulmaq olar? – Ekspert



Soyad sonluqlarını necə dəyişmək, OV-YEV-dən necə qurtulmaq olar? – Ekspert

 

"Soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı qaydaları o qədər də mürəkkəb hesab etmək olmaz”.

Qaynarinfo xəbər verir ki, bu sözləri soyad sonluqlarının dəyişdirilməsi prosesi zamanı vətəndaşların yaşadığı çətinliklər barədə danışarkən vəkil Roman Qaraşov deyib.

Vəkil bildirib ki, soyad sonluqlarının dəyişdirilməsi Azərbaycan Respublikasının vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Milli Məclisin 1993-cü ildə verdiyi qərar, eyni zamanda 2011-ci ildə Nazirlər Kabinetinin adın, soyadın, ata adının verilməsi və dəyişdirilməsi haqqında verdiyi qərara müvafiq həyata keçirilir.

"Bunun üçün hər hansı bir rüsum tələb olunmur. Vətəndaş tərəfindən ərizə təqdim olunur, iki iş günü ərzində baxılaraq qərar verilir. Əgər şəxs yetkinlik yaşına çatıbsa, özü bu ərizəni müstəqil şəkildə yaza bilər, 18 yaşına çatmayıbsa, o zaman valideynlərin hər ikisinin razılığı tələb olunur”.

Vəkil qeyd edib ki, dəyişikliyin mahiyyəti həmin qanunda olan qaydalara uyğun olaraq həyata keçirilməlidir:

"Yəni hər hansı bir sonluq yox, konkret qanunda göstərilmiş sonluqlardan hər hansısa biri əlavə edilə bilər. Eyni zamanda bu məlumatlar reystrə daxil olur və yeni şəhadətnamə verilir və buna uyğun olaraq da bütün sənədlər dəyişdirilir”.  

Roman Qaraşaov onu da əlavə edib ki, elektron qaydada bu xidmətlər göstərilə bilməz, yalnız vətəndaş özü şəxsən müraciət etməlidir:

"Burada bütün məlumatlar əhalinin dövlət reystr avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsi ilə həyata keçirilir, yəni bütün məlumatlar elektron informasiya daşıyıcılarından götürülür və bunun əsasında həyata keçirilir. Əgər vətəndaş narazı olarsa, bir ay müddətində məhkəməyə müraciət etməklə baxılır, qərar verilir”.

Hüquqşünasın sözlərinə görə, burada hər hansı bir prosesin xüsusi mürəkkəbliyindən söhbət getmir:

"Qaydalar olduqca sadədir. Sadəcə, təklif olunan sonluğun özü qanunvericilikdə nəzərdə tutlmayan ola bilər bu halda narazılıq yarana bilər”.

Dövlətin bu sahədə vətəndaşın problemini daha tez həll edə bilmək üçün gördüyü tədbirlərdən danışan hüquqşünas bildirib ki, hal-hazırda sistem təkmilləşdirilir deyə fərdi məlumatların identifikasiyası, ümumiyyətlə şəxs barədə məlumatların fərdiləşdirilməsi, fin kodun hər bir halda saxlanılması şərti ilə şəxs barəsində olan bütün məlumatların fin kod üzərindən kodlaşdırılması və s. bu istiqamətdə elektron hökumət portalı vasitəsilə işlər aparılır:

"Amma portalın fəaliyyətini tam mükəmməl hesab etmək olmaz, çünki bütün sənədlər elektronlaşmayıb. Bu baxımdan gələcək üçün bu istiqamətdə addımlar atılır və işlər buna uyğun olaraq təkmilləşdiriləcək. Lakin hazırda elektron qaydada heç bir müraciət yoxdur. Yalnız kağız daşıyıcıları vasitəsi ilə natorial qaydada ərizəni təsdiq edib müraciət eləmək olur və bunun əsasında baxılıb qiymətləndirilir. Əgər həmin dəyişiklik soyadın yalnız sonluğu ilə bağlıdırsa və qanunvericilik bunu dəyişməyə imkan verirsə, bu sonluq dəyişdirilir. Əks halda imtina cavabı verilir və 30 gün müddətində məhkəmə məsələni mübahisələndirmək olar”.

Qeyd edək ki, soyad sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəlki şəhadətnamələr ləğv edilməklə ərizə verən şəxsə yeni şəhadətnamələr verilir.
Soyad sonluqlarının dəyişdirilməsi artıq ASAN xidmət mərkəzlərində də həyata keçirilir. Sənədlər təqdim edildikdən sonra 2 ay müddətində soyad sonluğuna dəyişiklik edilir. Bunun üçün lazım olan əsas sənədlər aşağıdakılardır:

Müraciətlə bağlı vətəndaşın ərizəsi;

Ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, nikah haqqında sənədi, yetkinlik yaşına çatmayan övladları varsa, onların doğum haqqında şəhadətnaməsi, hərbi bilet (kişilər üçün);

Bundan əlavə lazım olacaq digər sənədlər haqqında da yerində məlumat verilir.

Müraciət edildikdən sonra 2 ay müddətində baxılaraq qanunvericiliyə uyğun olaraq həll edilir. Hər bir sənəd üçün dövlət rüsumu 2 manat 40 qəpik isə bank xidməti üçün ödənilir. Sənədin dəyişdirilməsi üçün qeydiyyatda olduğun ərazi üzrə ASAN xidmətə müraciət etmək lazımdır.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda soyadı -OV və -YEV sonluqları ilə bitən şəxslərin NƏZƏRİNƏ - VİDEO

Azərbaycanda soyadı -OV və -YEV sonluqları ilə bitən şəxslərin NƏZƏRİNƏ - VİDEO

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Repititorluqla məşğul olmaq üçün vergi ödəyəcəksiniz...repititorlara bəd xəbər

Repititorluqla məşğul olmaq üçün vergi ödəyəcəksiniz...repititorlara bəd xəbər

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Azərbaycanda təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək

Azərbaycanda təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Bu namizədlər qeydiyyatdan keçə bilərlər...Test imtahanı keçiriləcək

Bu namizədlər qeydiyyatdan keçə bilərlər...Test imtahanı keçiriləcək

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Valideyn hansı halda elektron sorğunu ləğv edib, başqa məktəbi seçə bilər?

Valideyn hansı halda elektron sorğunu ləğv edib, başqa məktəbi seçə bilər?

Ali Hərbi Məktəbdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul qaydaları açıqlandı - VİDEO

Ali Hərbi Məktəbdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul qaydaları açıqlandı - VİDEO

Məmur olmaq istəyənlər üçün imtahan keçiriləcək

Məmur olmaq istəyənlər üçün imtahan keçiriləcək

Dövlət qulluğuna test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib

Dövlət qulluğuna test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib

Valideynlərin nəzərinə: Şagirdin elektron yerdəyişməsi üçün bu sənədlər lazımdır

Valideynlərin nəzərinə: Şagirdin elektron yerdəyişməsi üçün bu sənədlər lazımdır

Dövlət qulluğu vəzifələri üzrə keçiriləcək test imtahanına qeydiyyat elan edilib

Dövlət qulluğu vəzifələri üzrə keçiriləcək test imtahanına qeydiyyat elan edilib

DİM test imtahanında uğur qazanmış şəxslərə müraciət edib

DİM test imtahanında uğur qazanmış şəxslərə müraciət edib

Direktor olmaq istəyənlərə müsahibə zamanı ən çox verilən suallar – Fərdi təhsil bilgiləri

Direktor olmaq istəyənlərə müsahibə zamanı ən çox verilən suallar – Fərdi təhsil bilgiləri

Təhsil Nazirliyi: Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur

Təhsil Nazirliyi: Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur

“Elektron hökumət” portalında daha 3 yeni xidmət

“Elektron hökumət” portalında daha 3 yeni xidmət